ELM VƏ TƏHSİL
“Vikipediya”da əlamətdar günlərlə bağlı məqalələr yaradılır
Bakı, 2 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” könüllüləri tərəfindən 2 iyul - Polis Günü və Beynəlxalq İdman Jurnalistləri Günü münasibətilə onlarla məqalə yaradılıb, redaktə edilib və zənginləşdirilib.
MEK-dən AZƏRTAC-a bildirilib ki, “Vikipediya”nın Azərbaycan dili bölməsində yaradılmış məqalələrdə ictimai asayişi qoruyan, daim vətəndaşların yanında olan polislərimiz, həmçinin respublikamızın idman mətbuatına töhfələr verən jurnalistlər, bu sahədə çalışan mütəxəssislər haqqında məlumatlar əks olunub.
Qeyd edək ki, “Vikipediya”da Azərbaycan idman mediasının tanınmış simaları Aqşin Kazımzadə, Oqtay Bayramov, Valid Sənani, Yaqub Nuriyev, Mirpaşa Miriyev, Abbas Əzimov, Oqtay Atayev və digərləri haqqında məqalələr yaradılıb və redaktə olunub.