DÜNYA


Viktor Orban Rusiyaya qarşı neft embarqosunu atom bombası ilə müqayisə edib

Budapeşt, 6 may, AZƏRTAC

Artıq məlum olduğu kimi, bu gün Avropa Komissiyası Rusiyaya qarşı neft embarqosunun doqquz ay ərzində mərhələli şəkildə tətbiq olunması barədə qərar qəbul edib. Bundan əvvəl Brüssel Macarıstanın və Slovakiyanın Rusiya neftindən çox ciddi asılı olmasını nəzərə alaraq onları embarqoya qoşulmaq öhdəliyindən azad edib.

AZƏRTAC xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban bu gün Avropa Komissiyasının embarqonun doqquz ay ərzində tətbiq olunması barədə sonuncu qərarı ilə bağlı tənqidi fikir söyləyib. Orban Rusiyanın enerji resurslarına embarqo qoyulmasını atom bombası ilə müqayisə edib. Onun sözlərinə görə, Rusiya Federasiyasından alınan neftdən imtina etmək üçün doqquz ay deyil, təqribən 5 il vaxt lazımdır.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.