ELM VƏ TƏHSİL
Viktor Zaxarov: Bakıda keçirilən ənənəvi təhsil sərgisi hər dəfə yenilikləri ilə yadda qalır
Bakı, 11 oktyabr, AZƏRTAC
Azərbaycanda təşkil olunan təhsil sərgisində bir neçə dəfə iştirak etmişik. Bakıda keçirilən ənənəvi Beynəlxalq Təhsil Sərgisi hər dəfə yenilikləri ilə yadda qalır. Builki sərgi də yüksək səviyyədə təşkil olunub.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Rusiya Federasiyasının Belqorod Dövlət Milli Tədqiqat Universitetinin nümayəndəsi Viktor Zaxarov deyib. O bildirib ki, Azərbaycanın ali təhsil müəssisələri ilə yaxından əməkdaşlıq edirlər. Xüsusilə Azərbaycan Dövlət İqtisad Universiteti ilə magistr hazırlığı sahəsində geniş əməkdaşlıqları var.
“Ümid edirəm ki, sərgi həm Azərbaycanın, həm də digər ölkələrin universitetləri ilə əlaqələrimizi genişləndirməyə və yeni əməkdaşlıqlar qurmağımıza kömək edəcək”, - deyə Viktor Zaxarov qeyd edib.