İDMAN


Vinisius Junior “Real Madrid”də 200-cü oyununu keçirib

Vinisius Junior “Real Madrid”də 200-cü oyununu keçirib

Bakı, 3 fevral, AZƏRTAC

Vinisius Junior “Real Madrid” klubunda yubiley matçını keçirib.

AZƏRTAC xəbər verir ki, La Liqanın XVII turundan təxirə salınmış “Valensiya” klubu ilə oyun futbolçunun Madrid təmsilçisinin heyətində meydana çıxdığı 200-cü qarşılaşma olub. Bu müddət ərzində 49 qol vuran futbolçu 37 məhsuldar ötürmə edib.

Futbolçu 2018-ci ildən “Real Madrid” klubunda forma geyinir.

Qeyd edək ki, “Valensiya” ilə oyunda “Real Madrid” 2:0 hesablı qələbə qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.