İDMAN


Virtual Monako Qran-Prisində 8 Formula 1 pilotu gücünü sınayacaq

Bakı, 22 may, AZƏRTAC

Mayın 24-də virtual Formula 1 Monako Qran-Prisi təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, F1 Esports Virtual Grand Prix çempionatı çərçivəsində “F1 2019” oyun bazasında keçiriləcək yarışda 8 Formula 1 pilotu iştirak edəcək. Bunlar Şarl Lekler, Aleks Elbon, Lando Norris, Antonio Covinatsi, Corc Rassell, Nikolas Latifidir, Esteban Okon və Valtteri Bottasdır. E.Okon və V.Bottas virtual yarışlarda debüt edəcəklər.

Monako Qran-Prisində Formula 1 pilotları ilə yanaşı, digər avtomobil seriyasının sürücüləri və tanınmış futbolçular güclərini sınayacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.