ELM VƏ TƏHSİL


Virtual reallıq xarici dil öyrənməyə kömək göstərəcək

Bakı, 13 sentyabr, AZƏRTAC

“ATi Studios” şirkəti “Google Daydream” platforması üçün səsi tanıya bilən və xarici dil öyrənməyə kömək edəcək “MondlyVR” proqramını hazırlayıb.

AZƏRTAC “popmech.ru” saytına istinadla xəbər verir ki, “MondlyVR” xarici dil öyrənənlər üçün virtual reallığa yüklənməyə və burada müxtəlif personajlarla danışmağa imkan verəcək. İstehsalçılar proqramın ən populyar dillərdən (ingilis, yapon, fransız, ispan və s.) başlayaraq əsas etibarilə yalnız dil daşıyıcıları və linqvistika sahəsinin mütəxəssisləri tərəfindən öyrənilən dillərədək (fin, macar) 30 dili dəstəkləyəcəyini bildiriblər.

Şirkətin baş icraçı direktoru Aleks İlieskunun sözlərinə görə, xarici dil öyrənməyin ən yaxşı üsulu həyati ssenarilər və söhbətləri canlandıran virtual reallığa yüklənməkdir. Yeni dil öyrənərkən ünsiyyət zamanı insanlara qorxu və təcrübənin olmaması maneə yaradır. “MondlyVR” xarici dil öyrənənlərə real ünsiyyət vəziyyətlərində bu baryerləri aşmağa kömək edir.

Həmçinin qeyd edilir ki, ənənəvi dilöyrənmədə altı ayadək vaxt tələb olunduğu halda, “MondlyVR” proqramı çərçivəsində ilk gündən öyrədilir. Proqramın işləməsi üçün virtual reallıq dəbilqəsini taxmaq tələb olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.