CƏMİYYƏT
Vladanka Andreyeva: Su yalnız insanlar üçün deyil, eyni zamanda suda yaşayan canlılar üçün də həyatdır
Bakı, 29 iyun, AZƏRTAC
Azərbaycanda keçirilən Beynəlxalq Su Konfransında iştirak etdiyim üçün çox məmnunam. Bu mühüm konfransdır.
Bunu AZƏRTAC-a müsahibəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının və Qarabağ Dirçəliş Fondunun dəstəyi ilə Zəngilanda keçirilən “Su ehtiyatlarının davamlı idarə edilməsində tərəfdaşlığın və fəaliyyətin təşviq edilməsi” beynəlxalq konfransının iştirakçısı, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva deyib.
“Zəngilanın fantastik təbiəti var. Burada minlərlə balığı çaya buraxmaq olduqca simvolik idi. Oxçuçayın çirkləndirilməsi çox vacib məsələlərdən biridir. Qeyd etmək istərdim ki, suyun təmizliyi son dövrlərdə olduqca vacib amilə çevrilib. Su yalnız insanlar üçün deyil, eyni zamanda suda yaşayan canlılar üçün də həyatdır”.
Xatırladaq ki, Ermənistanın dağ-mədən sənayesinin fəaliyyəti nəticəsində Oxçuçay kəskin çirklənməyə məruz qalıb.