Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Vladimir Kaliniçenko: “Eduard Qriqoryanın həbs edilməsi haqda qətnaməni mən çıxarmışam”

Vladimir Kaliniçenko: “Eduard Qriqoryanın həbs edilməsi haqda qətnaməni mən çıxarmışam” Bakı, 1 oktyabr (AZƏRTAC). Etiraf etməliyəm ki, Vladimir Kaliniçenko ilə görüşənə qədər kiminlə ünsiyyətdə olacağımı yaxşı təsəvvür etmirdim. Həmişəki kimi, müsahibəyə ciddi hazırlaşdım, çox böyük həcmdə və ziddiyyətli məlumatları araşdırdım, öz suallarıma cavab axtardım, lakin bir məsələni lap dəqiq anladım – müsahibim prinsipial, ağıllı və peşəkar bir insandır.

Vladimir Kaliniçenko, III dərəcəli dövlət ədliyyə müşaviri, SSRİ Baş Prokuroru yanında xüsusilə mühüm işlər üzrə keçmiş müstəntiq, vəkil. 1995-ci ildən Moskva vilayət Vəkillər Kollegiyasının (MOKA) üzvü, “Rusiya Federasiyasının hüquq mühafizə orqanları işçiləri assosiasiyası” Ümumrusiya ictimai-siyasi təşkilatının vitse-prezidenti.

1987-ci ildə SSRİ Baş Prokuroru Aleksandr Mixayloviç Rekunkovun tapşırığı ilə o, avtomobil nəqliyyatı sistemində sui-istifadə hallarının təhqiq edilməsi üçün Qazaxıstana gedib. Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Dinməhəmməd Kunayevi şəxsən dindirib. DTK katibliyi rəisinin müavini mayor Afanasyevin qətlini araşdırıb, sonralar bu iş haqda kitab yazıb. 1980-ci ildə SSRİ Baş Prokurorunun sərəncamı ilə Belorusiya KP MK-nın birinci katibi Pyotr Mironoviç Maşerovun ölümü haqda işi və bir sıra başqa işləri təhqiq edib.

Vladimir Kaliniçenko Azərbaycan üçün də xüsusi əhəmiyyətli sima olub. O, Sumqayıt hadisələri ilə bağlı işləri şəxsən təhqiq edib və bütün bu hadisələrin necə baş verməsinin canlı şahididir.

Vladimir Kaliniçenko Sumqayıt hadisələrinin necə baş verməsi, SSRİ-nin dağılmasında Qorbaçovun rolu və Bakıda Heydər Əliyev ilə görüşü haqda məxsusi AZƏRTAC üçün söhbət edib.

-Vladimir İvanoviç, bilirəm ki, siz Azərbaycanda olmusunuz, özü də dəfələrlə. Üstəlik, onu da bilirəm ki, Sizin Azərbaycana gəlişləriniz bayağı səfərlər deyil, həmişə ən yüksək vəzifəli rəislərin tapşırığına əsasən mühüm işgüzar ezamiyyətlər olub. Xahiş edirəm söyləyin, bu səfərlər zamanı nə ilə məşğul olurdunuz?

- Mənim Ukrayna hüdudlarından kənara ilk səfər təcrübəm 1979-cu ilə aiddir. Baharda məni SSRİ Prokurorluğuna çağırdılar (həmin illərdə mən Ukraynada işləyirdim) və Azərbaycan SSR-in sabiq prokuroru Qamboy Məmmədovun barəsində cinayət işini təhqiq etmək üçün bu respublikaya getməyimi təklif etdilər. Beləcə, may ayında ilk dəfə Bakıya getdim. Təfsilata varmadan onu demək istəyirəm ki, Azərbaycanda olduğum ilk günlərdən başa düşdüm: buranın öz spesifikası var və yerli ənənələrdən uzaqlaşmaq lazım deyil. Bu günə qədər müşavir-məsləhətçiyəm və MDB ölkələrində, o cümlədən Azərbaycanda gurultulu məhkəmə işləri ilə üzləşirəm.

Bakını mütləq mənada beynəlmiləl şəhər kimi gördüm. Orada müxtəlif millətlərdən olan insanlar – azərbaycanlılar, tatarlar, ləzgilər, ruslar, ukraynalılar, yəhudilər, ermənilər və başqaları dinc yanaşı yaşayırdı. Yaxşı yadımdadır, Bakının iki rayonunda – Nəsimi və Nərimanov rayonlarında ermənilər lokal şəkildə yaşayırdılar. Mərkəzi Komitədə, digər partiya və sovet orqanlarında, o cümlədən prokurorluqda çoxlu erməni işləyirdi.

Sonradan Ermənistanda da oldum. Bakıdan fərqli olaraq orada tamam başqa mənzərə gördüm. İdarəetmə strukturlarında azərbaycanlılarla rastlaşmadım, məsul vəzifələr tutan ruslar isə çox cüzi sayda idi. O vaxt Ermənistanda mənə filmlər göstərirdilər. Həmin filmlərdəki xəritələrdə Ermənistan ərazisi dənizdən dənizə uzanırdı. Ermənistanın tarixi abidələri haqqında kitab bağışladılar. Bu kitabda yazılmışdı ki, Krımda, Qərbi Ukraynada da qədim erməni abidələri var. Mən hələ o vaxt onlardan soruşdum: Qars və Ərzurum vilayətləri, Ararat dağı Türkiyənin ərazisində yerləşir, 1922-ci ildə Sovet Rusiyasını birinci olaraq türklər tanıyıb, bu isə o deməkdir ki, o vaxt Sovet Rusiyası bu “erməni” ərazilərinin Türkiyənin tərkibinə daxil olması ilə razılaşırdı, bu gün isə Türkiyə NATO-nun üzvüdür. Əgər indi Dağlıq Qarabağ problemi qaldırılırsa, onda avtomatik olaraq Qars və Ərzurum problemi də qaldırılacaq, bu isə artıq, Türkiyə ilə - NATO-nun üzvü, 80 milyon əhalisi olan bir ölkə ilə labüd münaqişə deməkdir. Türklər tarixən çox güclü millətdir, Dağlıq Qarabağ problemini qızışdıranda bunu necə nəzərə almamaq olar? Vaxtilə İstanbul da Tsarqrad adlanıb. Bu gün isə turistlər Bizans İmperiyası abidələrini ziyarət edirlər.

Elə həmin illərdə mən Azərbaycanın bir sıra rayonlarında, öz həmkarlarımın evlərində olmuşam, çox xeyirxah insanlarla görüşmüşəm. Sonralar həmin rayonların işğal edildiyini biləndə fikirləşdim ki, evlərində olduğum insanlar bununla heç vaxt barışmayacaqlar, yəni bu közərən odlar gec, ya tez alovlana bilər.

O vaxt mən Bakıdakı həmkarlarımdan soruşurdum ki, Dağlıq Qarabağ nə üçün muxtar vilayət kimi mövcuddur. Mənə cavab verirdilər ki, sovet hakimiyyətinin ilk illərində azərbaycanlılarla ermənilər arasında millətlərarası ayrı-seçkilik hədsiz güclənmişdi, 1923-cü ildə biz Dağlıq Qarabağ Muxtar Vilayətini yaratmaqla bu ayrı-seçkiliyi ləğv etməyə çalışırdıq.

Yeri gəlmişkən, Stepanakertdə məsul vəzifələrdə işləyənlər əsasən ermənilər idi, cəmi iki azərbaycanlı vardı. O vaxt mən Stepanakertə xidməti ezamiyyətə getmişdim, Araz çayını keçəndə mənə dedilər ki, azərbaycanlılar deyilən millət yoxdur, türk-azərilər var və onlar türklərin bir qoludur. O vaxt bu haqda anlayışım yox idi. Elə həmin vaxt öyrəndim ki, bu çayın o biri sahilində İran təbəəsi olan 20 milyon azərbaycanlı yaşayır, Sovet Azərbaycanında isə cəmi 7 milyon.

- O vaxt Bakıda Sizə necə münasibət bəsləyirdilər?

-Mən həmişə beynəlmiləlçi olmuşam və Azərbaycanda millətçilik təzahürlərini əsla görməmişəm. Bu mənim Azərbaycana birinci səfərim idi. İkinci dəfə oraya respublika üçün çox kədərli vaxtda getdim. SSRİ Baş Prokurorluğundan mənə bildirdilər ki, Sumqayıtda iğtişaşlar var və hadisələri təhqiq etmək üçün təcili oraya getmək lazımdır. Sumqayıt hadisələri başlanandan iki gün sonra mən oraya gəldim və təhqiqata qoşuldum. Bu, 1988-ci ilin mart ayı idi.

-Siz Sumqayıta gələndə, ilk növbədə, diqqətinizi cəlb edən nə oldu?

- Mən oraya gələndə yalnız söndürülmüş yanğınları və kütləvi iğtişaşların izlərini gördüm. Bütün əhvalat şəhər partiya komitəsinin qarşısında dinc mitinqlərdən başlamışdı. Bu mitinqləri özündən çox müştəbeh olan yerli partiya rəhbərləri idarə etmək istəyirdilər. Lakin onlar vəziyyətə nəzarət edə bilmədilər, kütlə hiss edilmədən DTK-dan olan təhrikçilərin nəzarətinə keçdi, onlar isə kütləni talançılığa sövq etdilər. Desantçılar şəhərin bütün giriş-çıxış yollarını bağlamışdılar, adamları Sumqayıta yalnız xüsusi buraxılış vərəqələri ilə buraxırdılar. Şəhərdə komendant saatı qüvvədə idi.

Mən Ermənistandan olan azərbaycanlı qa çqınlar haqqında ilk dəfə Sumqayıtda eşitdim. Sumqayıt hadisələrindən bir qədər əvvəl minlərlə azərbaycanlını Ermənistan ərazisindən qovmuşdular. Əsasən əkinçiliklə məşğul olan bu insanlar qış vaxtı, şaxtalı havada uşaqları ilə birlikdə pay-piyada Azərbaycana gəlmişdilər. Bu adamlardan neçəsinin həlak olması barədə sualıma cavab ala bilmədim. Bakıda onlara yer tapılmamışdı, buna görə Sumqayıtda bu qədər çox qaçqın vardı. Təbii ki, yerli sakinlərdən fərqli olaraq bu insanlar qəzəblənmişdi və vəziyyəti gərginləşdirirdilər. Bütün bunların nə ilə qurtaracağını hələ talanlar başlayana qədər güman etmək olardı. Varlı ermənilər bank hesablarındakı pulları çıxarmağa və Sumqayıtı tərk etməyə macal tapdılar. İğtişaşlardan ən çox zərər çəkən 4-cü mikrorayon idi. Orada mən müstəntiqlərlə birlikdə hadisə yerlərini müayinə etməyə, təqsirkarları aşkar etməyə başladım.

- Siz təhqiqata qoşuldunuz. Nə aydınlaşdıra bildiniz?

- Sumqayıtda bir aydan çox oldum. Demək istəyirəm ki, elə azərbaycanlıların özlərinə qarşı istintaq hərəkətləri zamanı istintaq və əməliyyat əməkdaşlarının heç biri heç nəyi gizlətmir və istintaq hərəkətlərini sabotaj etmirdi. Saxlanılan şəxslərə yazıqları gələrək onları buraxmaq halları olurdu, lakin bütövlükdə, yerli əməliyyat işçiləri və müstəntiqlər təhqiqata vicdanla yanaşırdılar. Təhqiqatın gedişində mən axtarış aparmağa da getməli olurdum. Orada əsla gözləmədiyim hallar görürdüm. Şəhərin ucqar yerlərində insanlar divarları və qapıları tənəkəlrədən olan qazmalarda yaşayırdılar. Bu, dəhşətli mənzərə idi. Qaçqınlar nə üçün mənzillərdən döşəkağı, balışüzü və köhnə uşaq oyuncaqları götürmələrinin səbəbini o vaxt başa düşdüm. Qaçqınların varlı ermənilərə nifrətlərini bildirmələrinin bir səbəbi də bu idi.

Kütləvi iğtişaşların təhqiqatı üzrə qərargah şəhər prokurorluğunda yerləşirdi. Orada Sumqayıtın prokuroru, 1979-cu ildən dostlaşdığım İsmət Qayıbovla sıx əməkdaşlıq edirdik. Bir müddət sonra o, Respublika Prokurorluğunun rəhbəri oldu. 1991-ci ildə İsmət qayıbov Dağlıq Qarabağ əhalisi ilə görüşmək və münaqişəni tənzimləmək üçün bir qrup yüksəkvəzifəli şəxslə bərabər Stepanakertə uçdu. Geri qayıdarkən onların vertolyotu ermənilərin zenit silahlarından açılan atəşlə vuruldu, hamı həlak oldu. Həmin təyyarədə mənim yaxşı tanıdığım, o vaxt Azərbaycanın dövlət katibi vəzifəsini tutan akademik Tofiq İsmayılov da həlak oldu.

- Bu gün minlərlə insanın həlak olması və təsvirəgəlməz vəhşiliklər barədə danışırlar, axı, “uşaqların və dinc sakinlərin qılıncdan keçirilməsi” barədə yazılanlara ermənilərin də çoxu inanırdı. Bu informasiya haradan yaranmışdı? O, nə dərəcədə düzgündür?

- Mənə məlumdur ki, Sumqayıtda talanlar zamanı 26 nəfər həlak olub. Onlardan 21-i milliyyətcə erməni, 5-i azərbaycanlıdır. Bütün cəsədlər tapıldı və onların şəxsiyyəti müəyyən edildi. Yalnız bir öldürülmüş qadının cəsədi tapılmadı. O vaxt iğtişaş qurbanlarının sayının qat-qat artıq olması barədə söhbətlər haradan yaranmışdı? Mən talançılardan birini – şəhərin müxtəlif hissələrində iğtişaşlarda fərqlənmiş İsmayılov soyadlı şəxsi həbs edəndə o öz ifadəsində göstərmişdi ki, beşinci mərtəbənin pəncərələrindən uşaqları küçəyə atırdılar. Biz dərhal onun ifadəsini yerində yoxlamağa getdik. O, həmin cinayətlərin törədildiyi evi və pəncərələri göstərdi. Məlum oldu ki, bu evdə nəinki uşaqlar, ümumiyyətlə heç kəs həlak olmayıb. Pəncərələrdən atılan balışlar, mebel və digər ev əşyaları imiş. İsmayılova isə elə gəlib ki, bunlar uşaqlardır. Bax beləcə çoxsaylı qurbanlar haqqında şayiələr yayılırdı.

Bir neçə aydan sonra mən və SSRİ hökumətinin gələcək rəhbəri Pavlov Sütunlu Salonda “Trud” qəzetinin təşkil etdiyi gecədə çıxış edirdik. Zalın orta sıralarında 40-50 nəfər erməni yığcam halda əyləşmişdi. Onlar qışqırmağa başladılar ki, biz həlak olanların sayını qəsdən gizlədirik. Bundan bir qədər əvvəl mənə Yerevanda nəşr edilmiş bir albom vermişdilər. Orada Sumqayıt hadisələrinin qurbanlarının sağlığında və ölümündən sonrakı fotoşəkilləri toplanmışdı. Şəkillərə aid mətndə bu insanların sağlığında nəçi olması və necə həlak olması göstərilirdi. Onda mən öz opponentlərimə müraciətlə Sumqayıt hadisələri zamanı itkin düşmüş və ya öldürülmüş həmvətənlərinin adlarını və soyadlarını demələrini təklif etdim. Mən söz vermişdim ki, bu dəlillər diqqətlə yoxlanacaq və əgər onların dedikləri doğrudursa, istintaq hökmən etiraf edəcəkdir ki, həlak olanların sayı xeyli çox olub. Mən, bu və ya digər tərəfin xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq, həmişəki kimi, dinləyicilərə həqiqəti çatdırmağa çalışırdım. Reaksiya çox heyrətləndirici oldu. Bu adamlar hamısı ayağa qalxaraq nümayişkaranə şəkildə zalı tərk etdilər.

Belə çıxırdı ki, nifrət dərəcəsi bütün hədləri aşmağa başlayırdı və təəssüf ki, obyektiv mənzərə talanlar zamanı zərər çəkənlərin qohumlarını, tanışlarını və həmvətənlərini maraqlandırmırdı. Dərindən təəssüflənirəm ki, bu gün də emosiyalar bu yolla qızışdırılır.

- Bədnam Eduard Qriqoryanın rolu barədə Sizin fikrinizi eşitmək istərdim.

- Sumqayıtda bir aydan bir qədər çox oldum. Yadımdadır, Mejlumyan bacılarının zorlanması barədə işlə məşğul olurdum. İstintaqın orbitinə Qriqoryan soyadlı bir gənc düşmüşdü. Onun həbs edilməsi barədə qətnaməni mən çıxarmışam. Cinayətkarın hansı millətdən olmasının istintaq üçün heç bir fərqi yox idi. Əgər təqsirin sübut edilibsə, əməlinə görə cavab verməlisən.

Təbii ki, Mejlumyan bacıları onları zorlayanların hamısını tanıya bilmədilər. Lakin bu adamlardan biri impotent idi, bu barədə zərərçəkənlərdən biri əvvəlcədən danışmışdı. Beləliklə, həmin şəxsin tanınmasında heç bir şübhə yox idi. Mən bunu nə üçün xatırlayıram? Üzləşmədən sonra onu qonşu kabinetə apardılar, oradan onun qışqırtısını eşitdim. Məlum oldu ki, yerli, azərbaycanlı əməliyyat işçiləri onun başqa cinayətlər törətməsini boynuna qoymağa çalışırdılar (hərçənd, o özü də azərbaycanlı idi). Təəssüf ki, mən bu barədə danışanda erməni dostlarım mənə şübhəli nəzərlərlə baxırlar, sonra da irad tuturlar ki, düz danışmıram.

Sumqayıt hadisələri gərəksiz emosiyaları həddən artıq qızışdırmadan onlara sağlam düşüncə ilə obyektiv qiymət verilməsini tələb edir. Bu da təəccüblüdür ki, öz gözümlə gördüyüm və hiss etdiyim hadisələr haqqında yazanda və danışanda cavabında məzəmmətlər eşitməli oluram – guya azərbaycanlı dostlarım məni pul gücünə ələ alıblar. Halbuki düz bir ildən sonra elə vəziyyət yarandı ki, mən Bakıda bir iş üzrə və Spitak zəlzələsinin nəticələri barədə təhqiqat aparmalı oldum. Daim Yerevandan Bakıya və əks istiqamətdə getməli olurdum. Belə çıxır ki, eyni qayda ilə Azərbaycan tərəfi də məni qınaya bilərdi ki, guya ermənilər məni pul gücünə ələ alıblar.

Bu vəziyyət Moskvada həm azərbaycanlı, həm də erməni dostlarımı qonaq dəvət edəndə və ya özümlə gətirəndə daha əyani şəkildə görünürdü: istər azərbaycanlılar, istərsə də ermənilər tərəfindən tez-tez məzəmmətlər eşidirdim ki, mən onların qarşılıqlı nifrətinin səbəblərini anlaya bilmirəm.

1986-cı ildən, yəni, Alma-Ata, Sumqayıt, Fərqanə, Oş və digər yerlərdə baş verən hadisələrdən sonra mən həmişə demişəm: “Biz tərəflərin heç birinə güzəşt etmədən, insanlara həqiqəti və yalnız həqiqəti deməyə borclu idik”. Bunun cavabında eşidirdim ki, biz millətlərarası ayrı-seçkiliyin qızışdırılmasına şərait yaradırıq, hərçənd bu ayrı-seçkiliyi yaradan məhz yalan idi.

- Mən elə adamlar tanıyıram ki, onlar öz erməni dostlarının talanlardan qurtulmasına kömək edirdilər. Siz belə hallarla üzləşmisinizmi? Sizin həmin insanlara münasibətiniz necə idi?

- Sumqayıtda bir hadisə çox yaxşı yadımda qalıb. Bir evin üçüncü mərtəbəsində Trdatovlar ailəsi yaşayırdı. Onlar düz bir gün özlərini müdafiə etmişdilər. Hücumdan əvvəl kişilər öz arvadlarını və uşaqlarını həmin binanın birinci mərtəbəsində yaşayan Səməngül adlı azərbaycanlı qadının mənzilində gizlətmişdilər. Talanlar zamanı xuliqanlar bir neçə dəfə həmin qadının mənzilində olmuş və ona divan tutacaqları ilə hədələyərək soruşmuşdular ki, burada erməniləri gizlətməyiblər ki, lakin qadın və onun qohumları hətta ölüm hədəsi qarşısında da öz erməni qonşularını ələ vermədilər. İki və ya üç kişi öldürülmüş, İşxan adlı bir kişi isə sağ qalmışdı. Yadımdadır, hadisələrin üçüncü günü onlar avadanlıqlarını yığaraq Sumqayıtdan köçəndə erməni qadınlar ağlaya-ağlaya deyirdilər: “Səməngül, sən müqəddəs adamsan”. Blokun qapısında isə təxminən 50 yaşlı bir qadın ağlaya-ağlaya deyirdi: “Gedin, Allah amanında, ömrünüz uzun olsun”.

Bunlara “erməni soyqırımı və Sumqayıt qırğını” demək olarmı?! Düzdür, qəddarlıq, zorlama halları olub, bunu heç kəs inkar etmir, lakin iğtişaşlar olan hər yerdə belə hallar baş verir. Bütün bunları görəndə “bəsirətsiz” Mixail Qorbaçovun sovet xalqlarının dost, beynəlmiləl ailəsində necə böyük bir yanğın törətdiyini başa düşürdüm.

1979-cu ildə mən respublikanın sabiq prokuroru Qamboy Məmmədovun işini təhqiq etmək üçün Bakıya gəlmişdim. Mənə Sabunçu vağzalında bir kabinet ayırdılar. Mühüm işlər üzrə müstəntiqlər bölməsi orada yerləşirdi. Müstəntiqlərdən biri Armen İsaqulov idi. Biz hamımız birgə nahar edir, axşamlar birlikdə qonaqlıqlarda iştirak edirdik. Mən bu adamların xoş niyyətli, dostcasına zarafatlarında onların bir-birinə yalnız xoş münasibətini görürdüm. 80-ci illərin axırlarında Armen İsaqulov Dağlıq Qarabağın prokuroru, sonra isə Dağlıq Qarabağın daxili İşlər naziri təyin edildi. 1990-cı ildə onunla Yerevanda “Erebuni” mehmanxanasında rastlaşdıq. Hər ikimiz orada yaşayırdıq. Armen azərbaycanlılara nifrət hissi ilə alovlanırdı. Mən bunu başa düşə bilmirdim, axı bundan əvvəl tamam başqa münasibət görmüşdüm. Onun mənə bağışladığı qəşəng alışqanı hələ də saxlayıram. Alışqanın üstündə nəqqaş xətti ilə bu sözlər yazılıb: “Vladimir İvanoviçə 1979-cu ildə Bakıda olması haqda Armen İsaqulovdan xatirə”. Bu sözləri bizim azərbaycanlı həmkarlarımız həkk etdirmişdi.

- Necə hesab edirsiniz, iki xalqı bir-biri ilə savaşdırmaq kimin xeyrinə idi, nə üçün belə oldu?

- Mən hesab edirəm ki, bizim bütün bəlalarımız Qorbaçovdan başlanıb, talanların arxasında isə DTK dayanırdı. 1986-cı ildə SSRİ Baş Prokuroru məni çağırıb Qazaxıstana göndərdi. Orada milli zəmində ilk kütləvi iğtişaşlar baş vermişdi, amma bu iki problemi – Qazaxıstan və Azərbaycan problemlərini qızışdıran Qorbaçov olub. Elə həmin dövrdə qəzetlərdə oxuyurdum ki, Dağlıq Qarabağ problemi qaldırılır, yəni, mən hələ o vaxt başa düşürdüm ki, Dağlıq Qarabağın müstəqilliyi barədə danışmağın, ümumiyyətlə mənası yoxdur. SSRİ Konstitusiyası var, bir də ki, orada insanların – ermənilərin, azərbaycanlıların, rusların və yəhudilərin necə yaşadıqlarını mən özüm görmüşdüm. Erməniləri dəstəkləyən Qalina Starovoytovanın bu əhvalatlara nə üçün qoşulmasını heç vaxt başa düşə bilməmişəm. Dini və milli məsələ istənilən dövləti dağıda bilər. Baş katib Qorbaçov bu problemi səsləndirməyə başlaması və erməni tərəfin dəlillərinin diqqətəlayiq olmasını deməsi məni hədsiz təəccübləndirirdi. O, çoxmillətli dövlətin rəhbəri kimi bunu anlamağa borclu idi ki, hər hansı ərazi məsələsi, xüsusən milli zəmində ərazi məsələsi gec-tez münaqişəyə gətirib çıxaracaq və bu münaqişə tezliklə genişlənərək hərbi əməliyyatlar dərəcəsinə çatacaq. Hər şey belə də oldu.

- Hazırda iki versiya var. Birinci versiyaya görə, Qorbaçov nə etdiyini başa düşmür və bütün bunların nə ilə qurtara biləcəyini təsəvvür etmirdi. İkinci versiyaya görə, o, bütün bunları bilərəkdən edir, bizimlə qarşıdurma və SSRİ ilə soyuq müharibə vəziyyətində olanların planını həyata keçirirdi.

- Burada təhlil aparmaq lazımdır. Mixail Qorbaçov qolçomaq ailəsindəndir, bu fakt çox şeydən xəbər verir. O, 9-cu sinifdə oxuyanda partiyaya qəbul olunmaq üçün ərizə verir, onu qəbul etmirlər və qəflətən qeyri-adi bir hadisə baş verir: ona torpaq sahəsi və müasir kombayn ayrılır. O, rekord həcmdə məhsul yetişdirir və dərhal Qırmız Əmək Bayrağı ordeni almağa təqdim edilir. Sual olunur: bu proses hansı qüdrətli əl ilə idarə olunur?

-Hansı?

-Siz bilmirsiniz?

- Mən güman edirəm, ancaq Sizin fikrinizi eşitmək istəyirəm...

- Bütün sovet dövründə istənilən xidməti və karyera dəyişiklikləri yalnız partiya orqanları xətti ilə həyata keçirilirdi. Partiya demək olar ki, bütün qərarlarında öz qabaqcıl dəstəsinə - dövlət təhlükəsizlik orqanlarına arxalanırdı. Buna görə mən belə hesab edirəm ki, DTK və Sov.İKP vəhdətdə idi. Bu xüsusi xidmət orqanının tövsiyəsi və rəyi olmadan heç bir ciddi və həlledici qərar qəbul olunmurdu.

Partiya rəhbərləri DTK-nın xəbəri olmadan Qorbaçovu komsomol və partiya xətti ilə irəli çəkə bilməzdilər. DTK isə, öz növbəsində, yol verə bilməzdi ki, onun xəbəri olmadan kimsə komsomol və ya partiya xətti ilə özünə karyera yaratsın. Qorbaçov möcüzəli şəkildə Qırmızı Əmək Bayrağı ordeni alır və bu, uzaq Privolnoye kəndindən olan gənc üçün Moskva Dövlət Universitetinin hüquq fakültəsinə yol açır.

Yeri gəlmişkən, hüquq fakültəsinə daxil olmaq üçün partiya orqanlarının göndərişi lazım idi. Qorbaçov MDU-da fəal komsomol işini davam etdirir və SSRİ Prokurorluğunun mərkəzi aparatına təyinat almağa ümid bəsləyir. Amma işin tərsliyindən, təyinat ərəfəsində qərar çıxır ki, bunun üçün periferiyada iş stajı olmalıdır. Beləliklə, Qorbaçov Stavropol diyar prokurorluğuna təyinat alır. Sehrli çubuq öz işini davam etdirir, diyar partiya komitəsinin şöbə müdirinin müavini Qorbaçovu qəbul edir və Qorbaçov ondan komsomol işində istifadə olunmasını xahiş edir. Diyar prokuroru dərhal onu buraxmağa razılaşır, elə həmin andan Qorbaçovun komsomol və partiya karyerası başlanır. 60-cı illərin axırlarında Qorbaçovu Stavropol diyarı DTK idarəsinin rəisi təyin etməyə çalışırlar, lakin o vaxt SSRİ DTK-nın sədri olan Vladimir Semiçastnı buna kəskin etiraz edir. Qorbaçovun partiya xətti ilə sonrakı inkişafı yaxşı məlumdur. Qorbaçovun karyera irəliləyişi barədə bu məlumatlar “Stavropolskaya pravda” qəzetinin keçmiş redaktoru Boris Kuçmayevin kitabından götürülüb.

-Yəni, Siz belə hesab edirsiniz ki, o vaxt Qorbaçov DTK-nın adamı olub?

-Bəs SSRİ DTK-nın sədri, müdrik və uzaqgörən Andropovun Qorbaçovu qeyri-adi dərəcədə dəstəkləməsini siz nə ilə izah edərdiniz? Axı Qorbaçov yalnız bu adamın köməyi və dəstəyi sayəsində Sov.İKP MK-ya düşmüş və zirvəyə çatmışdı.

- Qorbaçov ABŞ-ın xüsusi xidmət orqanları tərəfindən ələ alına bilərdimi?

- Bu gün onun tərəfdarları ictimai fikri inandırmağa çalışır ki, Mixail Sergeyeviç uzaqgörən olmayıb. Qorbaçov barədə yazılanların hamısını təhlil etməyə çalışın, onda asanlıqla başa düşərsiniz ki, onun əməllərinə heç bir səhv ilə haqq qazandırmaq olmaz. Uzun illər idi ki, soyuq müharibə gedirdi və biz bu müharibədə məğlub olduq. Bu, Qorbaçovun gördüyü bütün işləri qiymətləndirəndə aydın olur. Zənnimcə, SSRİ-nin birinci və sonuncu Prezidentindən əməlli-başlı istifadə etdilər, sonra isə lazım olmadığına görə ondan yaxa qurtardılar.

Onun amerikalılar və ya ingilislər tərəfindən ələ alınması, yaxud adi nüfuz agenti olması mənim üçün qətiyyən əhəmiyyətli deyil. Belə olan halda Vətənə xəyanətin səbəblərinin mahiyyəti heç bir əhəmiyyət daşımır. KİV-lərdəki yazılara inansaq, 1990-cı ildən 2010-cu ilə qədər Qorbaçov Stavropol diyarında işlədiyi dövrdə SSRİ-nin hüdudlarından kənara, əsasən, kapitalist ölkələrinə 10 dəfədən çox səfər edib. Kanadaya və Siciliyaya getdiyi dövrdə o, uzun müddət DTK-nın rezidenturasının nəzarətindən yayınıb. Bunun nə ilə bağlı olmasını yalnız təxmin etmək olar. Özünüz nəticə çıxarın. Lakin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin istefaya çıxan keçmiş zabitləri təsadüfən mətbuatda lovğalanmırlar ki, soyuq müharibəyə dair materiallardan məxfilik qrifi götürüləndə, Birləşmiş Ştatlar kəşfiyyatının misli görünməmiş uğurları dünyanı təlatümə gətirəcək. Son dərəcə şəffaf işarədir və “Vətən qarşısında xidmətlərə görə” ordeni ilə təltif edildikdən sonra Qorbaçovun 80 illik yubileyini Rusiyanın əsrlər boyu ən davamlı düşməni olan İngiltərədə qeyd etməsini qətiyyən təsadüfün ayağına yazmaq olmaz.

Qorbaçov Müdafiə Nazirliyinin razılığı olmadan, heç kimlə məsləhətləşmədən peyklərin orbitə çıxarılması və onlardan istifadə olunması barədə protokol sazişini amerikalılar ilə imzalayanda, mən sənədləri əlimdə tutmuşdum. Həmin sazişə görə biz milyardlar itirdik. Bu gün isə məni inandırmaq istəyirlər ki, bu, sadəcə sadəlövhlük olub.

- Hazırda dünyada geosiyasi vəziyyət elədir ki, hər hansı fəlakətdə ya Amerika, ya da Rusiya günahkardır. Sizcə, onda vəziyyət necə idi? Azərbaycanda baş verənlərdə kim birbaşa maraqlı idi? Amerika, yoxsa SSRİ DTK-sı?

- 1990-cı ildə SSRİ ərazisində 90-dan yuxarı ərazi qurumu mövcud idi. Böyük bir ölkənin bu və ya digər subyekti həmin qurumlara iddialı idi. Milli problemlər beynəlmiləlçilik siyasətinin yürüdülməsi sayəsində aradan qaldırılırdı. Lakin insanlarda, xüsusən ərazi ilə bağlı milli heysiyyətin tapdanması hisslərini qızışdırmaq yetərli idi ki, ”şüşədən buraxılan cin” qarşısıalınmaz nəticələrə gətirib çıxarsın. Ermənistanın sərhədlərinə bitişik olmayan Dağlıq Qarabağ belə ağrılı nöqtələrdən biri idi. Əgər Qorbaçov bunu başa düşmürdüsə, onun SSRİ Konstitusiyasına and içməyə, “SSRİ-nin dövlət suverenliyini, hərbi qüdrətini və ərazi bütövlüyünü göz bəbəyi kimi qorumağı öz öhdəsinə götürməyə” sadəcə haqqı yox idi. Əvəzində o, DTK-nın əli ilə milli yanğını alovlandırır, bunu Azərbaycanda, sonra isə başqa regionlarda davam etdirirdi.

O, rəhbərlik etdiyi dövlətin ərazisində guya vətəndaş müharibəsini dayandırması ilə lovğalanırdı. Bəs Tbilisidə, Bakıda, Vilnüsdə insanların həlak olması, Çeçenistanda iki hərbi kampaniya, qırğızlarla özbəklərin bir-birini qırması, mənim doğma Ukraynamda qırğın, məgər, keçmiş SSRİ-nin ərazisində vətəndaş müharibəsi deyilmi? Başa düşmürəm, görəsən, o, törətdiklərinə görə azacıq da olsa təəssüf hissi keçirirmi?

- Starovoytovaya qayıtmaq istəyirəm, Siz onun adını çəkdiniz...

- Dağlıq Qarabağ haqqında məsələni qaldıran zaman birbaşa Zori Balayanı, akademik Ambarsumyanı və erməni ziyalılarının digər nümayəndələrini dəstəkləyən bu qadının soyadını ilk dəfə KİV-lərdən öyrəndim. Sonrakı illərdə onu müşahidə etdim və əsla hörmət edə bilmədim. Yadımdadır, onun Rusiyanın müdafiə naziri vəzifəsinə iddialı olduğunu eşidəndə məni soyuq tər basdı. Starovoytova o qəbil demokratlardan idi ki, sadəcə Sov.İKP-yə nifrət etməklə kifayətlənmir, dünyanın ikinci fövqəldövlətini dağıtmağa və məhv etməyə çalışırdı. İndi həmin insanlar nə danışırlarsa danışsınlar, onların tərəfdarları bu insanların böyüklüyü barədə nə qədər film çəkirlərsə çəksinlər, biz hamımız onların islahatlarının və fəaliyyətlərinin Rusiya və keçmiş postsovet məkanı üçün hansı nəticələrə gətirib çıxardığını aydın görürük. Qorxuram ki, bizi bundan da acınacaqlı vəziyyət gözləyir və bütün bunlar Qalina Starovoytovanın və onun tərəfdarlarının əməlləridir.

- Bildiyimə görə, Bakıda olanda Heydər Əliyev ilə görüşmüsünüz. Bu barədə danışarsınızmı?

-1979-cu ildə vəziyyət elə gətirdi ki, düzgün informasiyanın təhrif olunmasına yol verməmək üçün təhqiqatın nəticələrini Azərbaycan SSR Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibinə şəxsən məruzə etmək lazım gəldi. Azərbaycan SSR-in daxili işlər naziri Cəfər Vəliyev və Azərbaycan KP MK-nın inzibati orqanlar şöbəsinin müdiri Qluşşenko ilə görüşlərdən və söhbətlərdən sonra onlar dedilər ki, Heydər Əliyev ilə görüşəcəyəm. Dəqiq tarixi artıq xatırlamıram, lakin bu görüş bazar ertəsi axşamdan keçmiş baş tutdu. Bir neçə gün əvvəl, cümə axşamı Sov.İKP MK-nın Baş katibi Leonid Brejnev Heydər Əliyevə birinci Sosialist Əməyi Qəhrəmanı Ulduzunu təqdim etmişdi. Görüşə respublika prokuroru Zamanovla birlikdə gəldim.

Saat təqribən 22-də bizi Heydər Əliyevin yanına dəvət etdilər. Çox da böyük olmayan kabinet sadəliyi ilə seçilirdi. Yadımdadır, masanın üstündə və rəflərdə aralarında əlfəcin olan çoxlu kitab vardı və bu, anturaj deyildi. Şübhə yox idi ki, bu kitablar ilə daim işləyirdilər. Heydər Əliyev ağappaq köynək, gözəl biçimli tünd göy rəngli kostyum geyinmiş, zövqlə seçilmiş qalstuk bağlamışdı. Onun sol döşündə Qəhrəman Ulduzu, bir az aşağıda Lenin ordeni parlayırdı. Kabinetin ortasında əl tutub görüşdük. Biz Azərbaycan iqtisadiyyatının nailiyyətlərindən danışdıq, mən Azərbaycanın qonaqpərvərliyi barədə ürək sözlərimi dedim. Sonra təhqiqat apardığım işin təfərrüatlarını müzakirə etməyə başladıq. Heydər Əliyevin verdiyi bütün suallar işin məğzinə aid idi.

Xudahafizləşib ayrılanda Heydər Əliyev mənə Bakı şəhər partiya konfransının və Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin Plenumunun materialları olan iki kitabça hədiyyə etdi. Hər iki kitabça Heydər Əliyevin çıxışı ilə açılırdı. Deməliyəm ki, bu qeyri-adi insan ilə görüş məndə çox güclü təəssürat oyatdı. O çox ağıllı, iradəli və son dərəcə cazibədar bir insan idi.

Mən bilirdim ki, o, ailəsinə və oğlu - Azərbaycanın indiki Prezidenti İlham Əliyevə çox bağlıdır. Daha onunla heç vaxt görüşmədim, lakin SSRİ dağılandan sonra onun Moskva vilayətindəki bağ evində oldum. Bağ evini biznesmen neftçilərdən biri icarəyə götürmüşdü. O vaxt bağ evində heç bir təmtərağın olmaması məni heyrətləndirdi. Evin bütün avadanlığı onun sadəliyini və adiliyini qabardır və faktiki olaraq Stalin dövrünün keçmiş yüksək vəzifəli məmurunun kabinetinə oxşayırdı. Müharibədən əvvəlki və sonrakı illərin partiya işçiləri barədə nə danışırlarsa danışsınlar, onların çoxu öz sadəliyi ilə seçilirdi.

Ötən əsrin 80-ci illərində Özbəkistanda və Qazaxıstanda irimiqyaslı işləri təhqiq etdim. Qeyd edim ki, Heydər Əliyev kimi həmin respublikaların rəhbərləri – Rəşidov və Kunayev də on illər keçəndən sonra öz xalqları tərəfindən böyük hörmətlə anılırlar.

- Bu, sizin Azərbaycana son səfəriniz idi?

- Yox. 1989-cu ildə 2 nömrəli kombinatın direktoru Nadir Quliyevin işini təhqiq etdim. Mən onun günahsız olduğunu sübut edib həbsdən buraxılmasına nail oldum. Elə həmin vaxtlarda DİN-in binasından Mərkəzi Komitənin binasına qədər uzanan kütləvi nümayişlər keçirilirdi. Vəziyyət göz görə-görə gərginləşirdi. Şəhərdə DTK-nın təhrikçiləri işləyirdi. Çoxsaylı qurbanlara gətirib çıxaran qoşunların Bakıya yeridilməsindən bir qədər əvvəl şəhəri tərk etdim. Bu barədə danışmaqda məqsədim budur ki, mən və mənim SSRİ DİN və DTK-dan olan həmkarlarım, həmin qurumların vicdanlı əməkdaşları 1986-cı ildən başlayaraq xidməti məruzələr hazırlayır və Sov.İKP MK-nın Siyasi Bürosuna təqdim edirdik. Mixail Qorbaçov, onun yaxın əhatəsi və SSRİ DTK-nın ali rəhbərliyi çox ağır nəticələrin qarşısını almaq məqsədi daşıyan bütün təkliflərimizə reaksiya vermirdilər. Özünüz nəticə çıxarın.

Söhbəti məxsusi olaraq AZƏRTAC üçün

Səadət Qədirova apardı

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY