Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Vladimir Solovyov: Rusiya və Azərbaycan prezidentlərinin həyata baxışı və baş verən hadisələrə münasibətləri çox cəhətdən oxşardır

Vladimir Solovyov: Rusiya və Azərbaycan prezidentlərinin həyata baxışı və baş verən hadisələrə münasibətləri çox cəhətdən oxşardır

Moskva, 30 noyabr, AZƏRTAC

Məlum olduğu kimi, Rusiya Jurnalistlər İttifaqının sədri Vladimir Solovyov bu yaxınlarda Azərbaycana səfər edib. V.Solovyov AZƏRTAC-ın müxbirinə müsahibəsində həmin səfərin yekunları, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü və iki ölkənin jurnalistləri arasında əməkdaşlığın perspektivləri barədə danışıb.

-Vladimir Gennadiyeviç, bu günlərdə siz Azərbaycanda səfərdə olmusunuz. Həmin səfərin yekunları barədə nə deyə bilərsiniz?

-Azərbaycana səfərimizin yekunları çox yaxşı oldu, çünki əvvələn, Azərbaycan Prezidenti ilə çox mühüm görüş oldu. İlham Heydər oğlu məni çox diqqətlə dinlədi və özü çox maraqlı söhbətlər etdi. Düşünürəm ki, bu, həm Azərbaycanın, həm də qonşu ölkələrin jurnalistləri ilə əməkdaşlığın başlanğıcıdır. Cənab Prezidentlə görüşdə biz Xəzər regionunun və MDB-nin Jurnalist Təşkilatları İttifaqının yaradılması mövzusunu müzakirə etdik. Vaxtilə mənim sələfim bu mövzunu möhtərəm Heydər Əliyev ilə müzakirə etmişdi. Bu, çox vacib və maraqlı məsələdir. Ona görə ki, bu regionda vaxtilə Moskvada təhsil almış, rus dilində danışan və jurnalistlərin elə bir hərəkatında iştirak etmək istəyən həmkarlarımız var. Zənnimcə, biz çox sevinclə görüşər və ünsiyyətdə olarıq, ortaq mövzular taparıq, fikir mübadiləsi apararıq. Lap yaxın vaxtlarda biz həmkarlarımızla bərabər Afinada keçirilmiş “Aralıq dəniz - Qara dəniz regionunun jurnalist ittifaqlarının dialoqları” mövzusunda konqresin işində iştirak etmişik. Həmin konqresdə Beynəlxalq Jurnalistlər Federasiyası çərçivəsində jurnalistlərin subregional birlik və həmrəylik qrupunun yaradılması barədə qərar qəbul edildi. Bu, koalisiya komitəsinin rəhbərlik etdiyi 17 jurnalist ittifaqının birliyidir. Komitə Fransa, Yunanıstan, Portuqaliya, Fələstin və Rusiya jurnalistlər ittifaqlarının rəhbərlərindən ibarətdir. Jurnalistlərin Beynəlxalq Federasiyası bütün dünyada ən hörmətli, böyük jurnalist federasiyasıdır. Onun tərkibinə jurnalistlərin təxminən 187 birliyi daxildir. Onların Şərqlə praktiki əlaqəsi yoxdur. Biz onların Şərqə tərəf hərəkəti üçün aralıq pilləyik. Azərbaycanda daha sonra Xəzər dənizi barədə danışdıq. Bu, dənizlər mövzusunun bir növ davamı, yeni hərəkatın başlanğıcıdır.

- Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sizi qəbul edib. Bu görüşdən təəssüratınız necə oldu?

-Təəssüratım çox xoşdur. Görüş 15 dəqiqə olmalı idi, amma 40 dəqiqədən çox davam etdi. Prezidentə dedim ki, Azərbaycanda rus dilini necə qiymətləndirdiklərini, rus məktəblərinin necə inkişaf etdiyini, rus dilində mətbuatın necə sərbəst işlədiyini, Rusiyanın bütün telekanallarının translyasiya edildiyini bilirik. Bütün bunlar çox xoşagələn və vacibdir. Cənab Prezident dedi ki, o, Azərbaycan və Rusiya jurnalistlərinin ünsiyyət saxlaması ideyasını, əlbəttə ki, dəstəkləyir. O, belə ünsiyyətlərin tez-tez olmasını, Azərbaycanda, məsələn, staroverlərin necə yaşadığını, rus dilinin necə inkişaf etdiyini, Azərbaycan jurnalistlərinin necə işlədiklərini, respublikanın gözəlliklərini görmək üçün rusiyalı jurnalistlərin Azərbaycana press-turlarının və cavabında Azərbaycan jurnalistlərinin Rusiyaya səfərlərinin təşkil olunmasını təklif etdi. Mən bildirdim ki, Rusiyada, Soçidə jurnalistlərin “Vsya Rossiya” adlı böyük forumu keçirilir. 22-ci foruma Azərbaycan nümayəndələri də gəlmişdi, çünki bundan əvvəl biz həmkarımız, Rusiya Jurnalistlər İttifaqının katibi Rafael Hüseynov ilə birlikdə hörmətli səfir Polad Bülbüloğlunun qəbulunda olduq, bu foruma Azərbaycan nümayəndələrinin göndərilməsini ona təklif etdik. Zənnimcə, biz bu cür əməkdaşlığı inkişaf etdirəcəyik, Azərbaycandan olan həmkarlarımız bundan sonra da bizim forumlarda iştirak edəcəklər.

-Siz Prezident İlham Əliyevlə görüşdən sonra demisiniz: Azərbaycan və Rusiya prezidentlərinin xarakterində oxşar cəhətlər var. Bu, hansı cəhətlərdir?

-İlham Heydər oğlu peşəkar diplomat, Vladimir Vladimiroviç peşəkar hüquqşünasdır. Hər ikisinin prezident vəzifəsində zəngin iş təcrübəsi var. Mənə belə gəlir ki, onların həyata baxışları və baş verən hadisələrə münasibətləri çox cəhətdən oxşardır. Bu oxşarlıq, o cümlədən, dünyada, planetdə iri aktorların qarşılıqlı münasibətləri ilə bağlıdır. Məncə, onlar baş verən proseslərə eyni şəkildə baxırlar.

-Siz iki ölkənin KİV-ləri arasında gələcək əməkdaşlığın perspektivlərini necə qiymətləndirirsiniz?

-Biz razılığa gəldik ki, yazda rusiyalı jurnalistlərin və mədəniyyət xadimlərinin böyük bir qrupu Azərbaycana Novruz bayramına gələcək. Mən də həmin qrupun tərkibində olmağa çalışacağam. Biz bu heyrətamiz bahar bayramının necə keçdiyini görmək istəyirik. Novruz günlərində Azərbaycanda olmağı çoxdan arzu edirdim. Bu barədə çox eşitmişəm. Bu, ilk addım olacaq. Azərbaycana səfər etməyə, həmkarlarımızla ünsiyyətdə olmağa ümid bəsləyirik. Bundan əlavə, biz Azərbaycan Mətbuat Şurası ilə əməkdaşlıq haqqında Memorandum imzaladıq. Həmkarlarımızla çox maraqlı söhbətimiz oldu və düşünürəm ki, bu ünsiyyəti inkişaf etdirəcəyik. Hesab edirəm ki, bizim əməkdaşlığımız həmin görüşdə imzalanmış Memorandumdan başlayacaq.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Şolts: 35 min Alman hərbçisi müttəfiqlərinə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib