DÜNYA


Vladimir Zelenski: Ali Rada buraxılacaq və iki ay ərzində seçkilər keçiriləcək

Kiyev, 20 may, AZƏRTAC

Ukrayna Ali Radası buraxılacaq, iki ay müddətinə növbədənkənar seçkilər keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın altıncı Prezidenti Vladimir Zelenski andiçmə mərasimindəki çıxışında bildirib. O, həmçinin parlamentə müraciət edərək Baş prokuroru, Müdafiə nazirini və Təhlükəsizlik Xidmətinin rəhbərini vəzifələrindən azad etməyə çağırıb.

Vladimir Zelenski deputat toxunulmazlığının ləğv olunacağını da açıqlayıb və qeyd edib ki, deputatlar əməllərinə görə cavab verməlidirlər.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.