MƏDƏNİYYƏT


“Voland” bu ilin ən çox gözlənilən filmi seçilib

Bakı, 27 yanvar, AZƏRTAC

“Storytel” və “Viber”də keçirilən sorğuya əsasən rusiyalı film həvəskarları rejissor Mixail Lokşinin Mixail Bulqakovun “Ustad və Marqarita” romanı əsasında çəkdiyi “Voland” filmini 2022-ci ilin ən çox gözlənilən filmi adlandırıblar.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, sorğuda ikinci yeri Kennet Branın rejissorluğu ilə Aqata Kristinin eyniadlı romanı əsasında çəkdiyi "Nildə ölüm" (Death on the Nile, 2022) filmi tutur. Üçüncü yerdə isə Onore de Balzakın romanı əsasında Xavier Ciannoli tərəfindən çəkilmiş "İtirilmiş xülyalar" (Illusions perdues, 2021) ekran əsəri gəlir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.