İDMAN


Voleybol üzrə dünya çempionatında millimizin yer aldığı “F” qrupunda ilk oyunlar başa çatıb

Tokio, 7 oktyabr, AZƏRTAC 

Yaponiyada keçirilən voleybol üzrə qadınlar arasında dünya çempionatının ikinci mərhələsində Azərbaycan millisinin yer aldığı “F” qrupunda ilk oyunlar başa çatıb.

AZƏRTAC xəbər verir ki, Osaka şəhərində “F” qrupunda keçirilən oyunlarda Rusiya komandası Türkiyə yığmasına 3:0 (25:15, 25:17, 25:16), ABŞ millisi Bolqarıstan komandasına 3:0 (25:16, 25:17, 25:11) hesabları ilə qalib gəlib.

Günün digər görüşündə Çin komandası Tailand yığmasını 3:0 (28:26, 25:20, 25:23) hesabı ilə məğlub edib.

“F” qrupunda ilk oyundan sonra İtaliya komandası 18 xalla birinci, ABŞ millisi 16 xalla ikinci, Çin yığması 15 xalla üçüncü yerdə qərarlaşıblar. Azərbaycan millisi 6 xalla yeddinci yerdədir.

Cədvələ əsasən, oktyabrın 8-də Azərbaycan millisi Çin, Bolqarıstan komandası Rusiya, Tailand yığması isə İtaliya voleybolçuları ilə qarşılaşacaq. Millimizin Çin yığması ilə görüşü Bakı vaxtı ilə saat 11:10-da başlanacaq.

Qaydalara görə, ikinci mərhələdə qrup daxilində I-III yerləri tutan komandalar növbəti mərhələyə vəsiqə qazanacaq.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.