İDMAN


Voleybol üzrə qadınlardan ibarət milli komandamız ölkə xaricində təlim-məşq toplanışı keçəcək

Bakı, 11 iyul, AZƏRTAC

Voleybol üzrə qadınlardan ibarət milli komandamız ölkə xaricində təlim-məşq toplanışı keçəcək.

AZƏRTAC Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, 2020-ci ildə keçiriləcək Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli təsnifat turnirinə hazırlaşan yığmamız artıq Bolqarıstana yola düşüb. Millimiz daha sonra Rusiya və Türkiyədə də təlim-məşq toplanışında olacaq. Voleybolçularımız hazırlıq çərçivəsində Bolqarıstan və Rusiya milliləri ilə bir neçə yoxlama oyunu da keçirəcəklər. Komandamız turnirə ev sahibliyi edəcək Braziliyaya iyulun 24-də Türkiyədən yollanacaq.

Qeyd edək ki, voleybolçularımız təsnifat turnirində ev sahibləri ilə yanaşı, Dominikan və Kamerun milliləri ilə qarşılaşacaqlar. Görüşlər avqustun 1-3-də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.