İDMAN


Voleybolçu Xanım Xudadanova: “Bakı-2015”in məşəlçilərindən biri olduğum üçün çox xoşbəxtəm

Bakı, 28 aprel, AZƏRTAC

İlk dəfə keçiriləcək Avropa Oyunlarına Azərbaycanın ev sahibliyi etməsi və qədim Naxçıvanın da onun ab-havasına bürünməsi hər bir azərbaycanlı kimi, məni də çox fərəhləndirir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Naxçıvanda, Alov festivalının rəmzi qapısında “Bakı-2015” birinci Avropa Oyunlarının məşəlini Olimpiya çempionu Rəfiqə Şabanovadan alan muxtar respublikanın voleybol yığmasının üzvü Xanım Xudadanova deyib.

Voleybolçu qeyd edib ki, Məşəl estafetini olimpiya çempionumuz Rəfiqə Şabanovadan qəbul etdiyim üçün çox həyəcanlı idim. Bu tarixi anı yaşadığıma, belə bir şərəfli missiyanın mənə həvalə edildiyinə görə çox xoşbəxtəm.

Qeyd edək ki, Məşəl estafetini Naxçıvandan Lənkəran qəbul edəcək. Məşəl yer üstündə avtobus, funikulyor, velosiped, yer altında Bakı metrosu, suda qayıq, havada isə təyyarə ilə daşınacaq. Məşəl iyunun 8-də paytaxtdakı idman arenalarında, 9-da isə İçərişəhərdə gəzdiriləcək. İyunun 10-u məşəl proqramının son günü olacaq və Bakıya gətirilənədək təxminən 5500 kilometr məsafə qət edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.