SİYASƏT


Volkan Aydemir : Dünyada dəhşətli terror aktları törədən ermənilərin vandallığının növbəti nümunəsi Azərbaycan ərazilərinin minalanmasıdır

İstanbul, 11 iyun, AZƏRTAC

Dünyada dəhşətli terror aktlarına imza atan ermənilərin vandallığının və vəhşiliyinin növbəti nümunəsi Azərbaycanın uzun illər işğal altında qalmış və ötən il azad edilən torpaqlarının minalanmasıdır. İndiyədək onlarla dinc insanın ölümünə səbəb olan bu minaların son qurbanları azərbaycanlı iki jurnalist oldu. Erməni vəhşiliyini yaddaşa köçürmək üçün Qarabağda fəaliyyət göstərən bu iki qardaşımızın ölümü hər birimizi dərindən sarsıtdı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Kocaeli Derince Azərbaycan Evi Dərnəyinin rəhbəri Volkan Aydemir bildirib.

V.Aydemir deyib: “İkinci Qarabağ müharibəsində məğlub olmasını və uzun illər işğal altında saxladığı torpaqların Azərbaycanın qəhrəman Ordusu tərəfindən geri qaytarılmasını həzm edə bilməyən Ermənistan hakimiyyəti dünyada bənzəri olmayan daha bir cinayətə əl ataraq ərazilərə müxtəlif növ minalar yerləşdirib. Bütün bunlarla yanaşı, minalanmış ərazilərin xəritələrini Qarabağın əsl sahibi olan Azərbaycana verməməkdə israr edən Ermənistan bununla növbəti dəfə dünya ictimaiyyətinin gözü qarşısında həm müharibə, həm də insanlıq cinayəti törədir. Ermənistanın baş naziri Nikol Paşinyan isə dünya ictimaiyyəti qarşısında öz günahlarını ört-basdır etmək üçün növbəti həyasızlığa əl atıb. O, mülki yaşayış məntəqələrinə partlayıcı yerləşdirərkən Azərbaycan Silahlı Qüvvələri tərəfindən saxlanılan erməni hərbçilərinin öz oğlu ilə dəyişdirilməsi barədə Azərbaycana təklif irəli sürdüyünü bildirib”.

Ermənilər tərəfindən Azərbaycan xalqına qarşı uzun illərdir törədilən vəhşiliklərin qəbuledilməz olduğunu vurğulayan V.Aydemir bildirib: “Azərbaycan uzun illər davam edən işğala son qoyaraq dastan yazdı. Erməni tərəfi isə çirkin əməllərindən hələ də əl çəkmir. Bu gün də azərbaycanlıların tarixi torpaqlarında ermənilər tərəfindən qətlə yetirilməsi faktları ilə qarşılaşırıq.

Xüsusilə son iki yüz ildə xainlik edərək və vəhşiliklər törədərək türk millətinə böyük zərbələr vuran ermənilərə dəstək verən, qatil və terrorçu erməni rəhbərliyini, etnik təmizləmə və soyqırımı törədən bu quruluşu dəstəkləyən insanları, qrupları və ölkələri şiddətlə qınayıram. Son olaraq erməni vandallığı səbəbindən şəhid olan azərbaycanlı jurnalistlərə Allahdan rəhmət, yaxınlarına isə səbir diləyirəm”.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.