DÜNYA


“Volvo” 6 mindən çox avtomobili geri çağırır

Pekin, 13 may, AZƏRTAC

İsveçin məşhur avtomobil istehsalçısı “Volvo” Çin bazarında satdığı 6223 avtomobili təhlükəsizlik məsələləri ilə əlaqədar geri çağırır.

AZƏRTAC Çinin Dövlət Bazar Tənzimlənməsi Administrasiyasına istinadla xəbər verir ki, geri çağırılan avtomobillər 2014-2016-cı illərdə istehsal olunmuş “XC90” modeli nəqliyyat vasitələridir. Administrasiyanın mütəxəssisləri hesab edir ki, soyutma sistemindəki nasazlıq mühərrikin alışıb yanmasına səbəb ola bilər.

İyunda başlayacaq prosesdə “Volvo” qüsurlu hissələri öz hesabına dəyişəcək.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.