Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Vüqar Rəhimzadə: Ermənistanın Avropa İttifaqına qarşı riyakarlığı

Vüqar Rəhimzadə: Ermənistanın Avropa İttifaqına qarşı riyakarlığı

Bakı, 20 may, AZƏRTAC

Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından ilyarımdan çox vaxt keçsə də, Ermənistan sənəddə əks olunmuş və sonrakı bəyanatlarla bir daha möhkəmləndirilmiş öhdəliklərini pozmaqda davam edir. Diqqətçəkən məqam yenə də işğalçı dövlətin bu mövqeyinin dünya gücləri tərəfindən laqeydliklə qarşılanmasıdır. Bu baxımdan ki, dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar regionda sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dəstək verməyə hazır olduqlarını bildirsələr də hələ ki, Avropa İttifaqından başqa hansısa qurumun, dövlətin konkret addım atdığını görmək mümkün deyil. Azərbaycan sülh müqaviləsini təklif etməklə yanaşı, onun qısa zamanda imzalanmasının vacibliyini ən yüksək tribunalardan bəyan edir. Otuzillik işğal dövrünün reallıqlarından fərqli olaraq, hazırkı mərhələdə Azərbaycan qalib ölkə kimi diktə edən tərəf olaraq bu çağırışı edir ki, sülh təklifi uzun müddət masa üzərində qala bilməz. Bu, Ermənistan üçün son şansdır. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə bu ilin aprel ayının 6-da Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Brüssel görüşündə qəbul olunan sənəddə ölkəmizin irəli sürdüyü 5 prinsip işğalçı dövlətin rəhbərliyi tərəfindən dəstəklənmişdir. Əslində, başqa cür də ola bilməzdi. Çünki bu təkliflər ötən ilyarım ərzində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına xidmət edən addımlardır. Bu reallığın fonunda sual olunur: Ermənistan sülh müqaviləsinin imzalanmasına səy göstərirmi? Ermənistanda cərəyan edən son hadisələr, həmçinin baş nazir Nikol Paşinyanın sərsəm bəyanatları işğalçı dövlətin sülh müqaviləsinin imzalanmasında maraqlı olmadığını ortaya qoyur. Ermənistan kommunikasiyaların açılmasını, sərhədlərin delimitasiyasını gecikdirir, Birinci Qarabağ müharibəsində əsir düşmüş minlərlə azərbaycanlının taleyi və kütləvi məzarlıqlar barədə məlumat verməkdən, vaxtilə işğal altında saxladığı ərazilərin mina xəritələrini təqdim etməkdən boyun qaçırır. UNESCO-nun Ermənistandakı Azərbaycan tarixi irsinin monitorinqini sabotaj edir, Zəngəzur dəhlizi məsələsini uzadır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə vurğulayıb ki, Ermənistan sərhədlərin delimitasiyası və sülh müqaviləsinə dair Avropa İttifaqının vasitəçiliyi ilə əldə olunmuş razılaşmaları açıq-aşkar pozur. Dövlətimizin başçısı İlham Əliyev ölkəmizdə səfərdə olan Litva Prezidenti Gitanas Nauseda ilə mətbuata birgə bəyanatında bu fikri xüsusi qeyd etdi ki, biz Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyirik. İkinci Qarabağ müharibəsindən sonra bu əməkdaşlıq formatını yaratmaq üçün imkan var. Postmünaqişə vəziyyətinə gəldikdə, müəyyən nikbinlik var. Ermənistan rəsmi olaraq sülh müqaviləsi ilə bağlı Azərbaycan tərəfindən irəli sürülən beş əsas prinsipi qəbul etmişdir. İkinci Qarabağ müharibəsi qurtaran kimi Azərbaycan açıq şəkildə sülh müqaviləsinin bağlanmasını və sərhədlərin delimitasiyasına dair birgə komissiyanın yaradılmasını dəstəkləməyə başlamışdır. Bu, Ermənistan tərəfindən müsbət qarşılanmadı. Sonra Azərbaycan beş prinsipi dəqiqləşdirdi. Hansı ki, bunlar beynəlxalq hüququn əsas prinsipləridir, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və yaxşı beynəlxalq təcrübə və davranışlara uyğundur. Prezident İlham Əliyev ümid etdiyini bildirdi ki, Ermənistan həmin prinsipləri qəbul etdiyini ehtiva edən ilkin mövqeyinə sadiq qalacaq və bu, sülh sazişi üçün əsas olacaq.

Onu da qeyd edək ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə aprelin 6-da Brüsseldə əldə olunan razılaşmaya görə, aprelin 29-na qədər hər iki tərəf sülh müqaviləsinin bağlanması və sərhədlərin delimitasiyasına dair işçi qrupu yaratmalı, müvafiq görüşlər keçirilməli və əməli fəaliyyətə başlanmalı idi.

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, Azərbaycan işçi qrupunu vaxtında yaratsa da, Ermənistan tərəfindən real hərəkətlilik müşahidə edilmir. Bütün hallarda hələ də mövcudluğu inkar edilməyən ikili standartlara əsaslanan siyasət öz sözünü deyir. Bu baxımdan ki, görünür Azərbaycan Ordusunun 44 günlük İkinci Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıq, işğalçı dövlətə verdiyi dərs unudulub. Dünyanın bəzi gücləri zamanında Ermənistana nümayiş etdirdiyi destruktiv mövqeyə görə sanksiyalar tətbiq etsəydilər, hər halda İkinci Qarabağ müharibəsi baş verməyəcəkdi. Beynəlxalq hüququn norma və prinsiplərinin vahid mexanizm əsasında tətbiqini arxa plana keçirən bəzi dünya gücləri bunun yaratdığı faciələri artıq tarixin arxivinə atılmış Dağlıq Qarabağ münaqişəsinin timsalında gördü. 30 il işğalçıya dəstək olub torpaqlarımızın unudulacağı ilə bağlı özlərində əminlik yaradan Ermənistan və ona havadarlıq edən dövlətlər Azərbaycanın dəyişməz mövqeyi fonunda hazırkı durumun yaşanacağından xəbərdar idilər. Çünki rəsmi Bakı dəfələrlə ən yüksək tribunalardan bəyan edirdi ki, bir qarış torpağımız belə düşmənə verilməyəcək. Sülh danışıqları səmərə verməyəcəyi təqdirdə hərb variantı istisna edilmir. 44 günlük İkinci Qarabağ müharibəsi bunun təsdiqidir. Bu gün bəzi dünya güclərinin yenə eyni mövqeni sərgilədikləri müşahidə edilir. Azərbaycan ədaləti bərpa etdi, Dağlıq Qarabağ münaqişəsini tarixə qovuşdurdu, münasibətlərdə yeni səhifənin açılmasında maraqlı olduğunu bəyan etdi. Amma Ermənistan konstruktiv mövqe ortaya qoymur, dünya yenə də seyrçi mövqedə dayanır. Konkret addımlar atmağın, Ermənistanı sülh müqaviləsini imzalamağa məcbur etməyin zamanıdır.”

Vüqar Rəhimzadə bu məqama da diqqəti yönəldib ki, Ermənistan sərhədlərin delimitasiyasına dair ilk görüşün iki ölkənin sərhədində keçirilməsi barədə təklif irəli sürmüşdü və Azərbaycan da bu təklifi dəstəkləmişdi. Amma Ermənistan artıq aprelin 29-na razılaşdırılmış görüşü ləğv etdi, daha sonra isə 7-11 may tarixlərində sərhəddə yeni görüşün keçirilməsi barədə razılaşmanı icra etmədi. Ermənistanın bu gün atdığı addımlar bizi 30 illik işğal dövründə nümayiş etdirdiyi mövqeyi yada salır. Məsələ burasındadır ki, münaqişənin həlli ilə bağlı prezidentlər səviyyəsində görüşün vaxtı təyin olunan kimi Ermənistan tərəfi bu görüşdən yayınmaq üçün müxtəlif bəhanələrə əl atırdı. Daha çox istifadə edilən taktika atəşkəsi pozmaq idi. Bu gün də həmin ssenariyə uyğun addımlar atılır. Atəşkəs pozulur, Ermənistanın baş naziri qatıldığı tədbirlərdə sülh müqaviləsinə kölgə salacaq sərsəm bəyanatlar səsləndirir.

“Qeyd etdiklərimiz göstərir ki, Ermənistan daim öhdəlikləri yerinə yetirməyən, Azərbaycan isə hər zaman vədinə sadiq qalan ölkə kimi diqqət çəkib. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, aprelin sonuna qədər görüşə hazır olduğumuzla bağlı Avropa İttifaqı Şurasının Prezidentinin iştirakı ilə söz vermişdik və biz vədimizə sadiq idik. Lakin biz eyni münasibəti Ermənistan tərəfindən də görməliyik”, - deyə YAP Xətai rayon təşkilatının sədri bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, öhdəliklərini addımbaşı pozan Ermənistanın bu hərəkətləri məsuliyyətsizlik və sabotajdır. Azərbaycan tərəfi artıq tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını Ermənistana xidmətdə görən ATƏT-in Minsk qrupunu tarixin arxivinə göndərdiyi halda, işğalçı dövlət hələ də bu vasitəçiliyin bərpasına ümid edir. Avropa İttifaqının neytral mövqe sərgiləyərək vasitəçiliyini davam etdirməsinə Ermənistan üzdə narazılığını bildirməsə də sülh müqaviləsinin imzalanması ilə bağlı ATƏT-in Minsk qrupundan təklif gözləməsi bir çox qaranlıq məqamların açıqlanmasında yardımçıdır. Digər tərəfdən, bütün razılaşmaları pozan Ermənistan Xarici İşlər Nazirliyinin gözlənilmədən Rusiyanın TASS agentliyinə sərhədlərin delimitasiyası və sülh danışıqlarına dair görüşün Moskvada keçirilməsinə hazır olduqlarını bəyan etməsi də səbəbsiz deyil və çoxsaylı sualların yaranmasına rəvac verir.”

Vüqar Rəhimzadə bildirib ki, baş verənlər növbəti dəfə Ermənistanın riyakarlığını göstərir. Belə ki, əvvəlcə görüşün Rusiyanın iştirakı olmadan sərhəddə keçirilməsini təklif edən rəsmi İrəvan sonradan Moskvanın təzyiqi altında görüşün Rusiyada keçirilməsinə hazır olduğunu bildirir. Bununla əvvəlcə Moskvanı kənarda qoymaq istəyən Ermənistan sonradan təzyiq qarşısında Avropa İttifaqını prosesdən kənarlaşdırmağa çalışır. Müstəqilliyi formal xarakter daşıyan Ermənistan yenə də Rusiyadan asılılığını təsdiqləyir.

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, mayın 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında növbəti görüşün keçiriləcəyi gözlənilir. Hər bir görüş postmünaqişə dövrünün reallıqlarının beynəlxalq səviyyədə qəbul edilməsinin təqdimatıdır. Baxmayaraq ki, Ermənistan hələ də Azərbaycanın döyüş meydanında və informasiya cəbhəsində qazandığı böyük uğurları, tarixi Zəfərimizi həzm edə bilmir, amma reallıqlar ona diktə edir ki, yalan təbliğatın, siyasətin ömrü uzun ola bilməzdi. Bu cür siyasətin son nəticədə haqqın, ədalətin qarşısında diz çökəcəyi gün uzaqda deyildi. Bunun üçün dünya ədalət deyilən prinsipin mövcudluğunu qəbul etməli, işğalçını adı ilə çağırmalı idi. Necə ki, 44 günlük Vətən müharibəsində buna nail olduq. Azərbaycan bu gün də sülh gündəliyinə sadiqdir və ümid edirik ki, Ermənistan nəhayət, ona verilən son şansdan yararlanacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI