Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Vüqar Rəhimzadə: Xalqımız son 15 ildə görülən işlərə öz yüksək qiymətini verdi

Vüqar Rəhimzadə: Xalqımız son 15 ildə görülən işlərə öz yüksək qiymətini verdi

Bakı, 19 aprel, AZƏRTAC

11 aprel prezident seçkiləri Azərbaycanda demokratiyanın təntənəsi olmaqla yanaşı, xalqımızın ulu öndər Heydər Əliyevin siyasətinə inamını, etimadını bir daha nümayiş etdirdi. Xalqımız son 15 ildə görülən işlərə öz yüksək qiymətini verdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Baş redaktor bildirib ki, bu müddətdə Azərbaycanın ayrı-ayrı sahələrdə əldə etdiyi uğurların miqyasına diqqət yetirdikdə harada yaşamasından, siyasi əqidəsindən, milli mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı bundan yalnız və yalnız qürur duya bilər. Ərazi baxımından kiçik olan bir dövlətin bu gün möhtəşəm uğurları ilə dünyanın diqqətində olması, ən əsası inkişafın Azərbaycan modelindən bəhs edilməsi düşünülmüş və məqsədyönlü siyasətin nəticəsidir. Dövlətimizin başçısı İlham Əliyev andiçmə mərasimində bir daha diqqəti bu reallığa yönəldərək deyib: “Mən 2003-cü ildə, prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə xalq etimad göstərərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam etdirəcəyəm. Mən fəxr edirəm ki, xalq mənə inandı, məni dəstəklədi və mən də öz növbəmdə sözlərimə əməl etdim. Son 15 il ərzində Azərbaycanda hərtərəfli inkişaf təmin edilmişdir. Bunun əsas şərti ondan ibarətdir ki, biz Ulu Öndərin yolu ilə gedirik. Onun qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur”. 11 aprel prezident seçkilərində xalqımızın fəal iştirakı, Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə dəstəyi görülən işlərə verilən yüksək qiymət, qarşıdakı illər üçün müəyyənləşdirilən hədəflərə dəstək kimi də dəyərləndirilir.

V.Rəhimzadə qeyd edib ki, andiçmə mərasimində seçkilərdə göstərilən etimada görə Azərbaycan xalqına dərin təşəkkürünü bildirən Prezident İlham Əliyev bu dəstəyin ona güc verdiyini, bu dəstəyə arxalandığını bildirərək əminliklə qeyd edib ki, bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcək. Dövlətimizin başçısının qeyd etdiyi kimi, prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib. Azərbaycan xalqı görülən işlərə yüksək qiymət verib. Seçkilər ədalətli, şəffaf şəkildə keçirilib. Xalq-iqtidar birliyinin möhkəmliyi, sarsılmazlığı fonunda Azərbaycan yeni-yeni hədəflərə nail olmaqla inkişaf etmiş ölkələr sırasında addımlamaq istəyinin reallığa çevrilməsinə yol açır.

YAP Siyasi Şurasının üzvü vurğulayıb ki, son 15 ildə sabitliyin, təhlükəsizliyin təminatı əsas məsələ kimi öndə olub. O deyib: “Sabitliyi hər bir inkişafın əsası kimi dəyərləndirən Prezident İlham Əliyev daim diqqəti dünyada cərəyan edən proseslərə yönəldərək, müqayisəli təhlil əsasında Azərbaycandakı mövcud sabitliyi möhkəm təmələ əsaslanan siyasətin nəticəsi kimi qeyd edir. Son 15 ildə dünyanın müxtəlif bölgələrində, Avropada çox təhlükəli proseslər baş verib - qanlı toqquşmalar, müharibələr, vətəndaş müharibələri, dövlət çevrilişləri. Bu fonda Azərbaycanın sabitləşdirici faktor kimi möhkəmlənən mövqeyi daha aydın görünür və dəstəklənir. Sabitlik olmadan hansısa inkişafdan söhbət gedə bilməz. Bu günümüzü müstəqilliyimizin ilk illəri ilə müqayisə etdikdə sabitlik faktorunun nə kimi rola malik olduğu daha aydın görünür. Məhz bu sabitliyin nəticəsidir ki, bu gün ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 231 milyard dollardan artıqdır. Azərbaycanın bu gününə və gələcəyinə inamdan irəli gələn bu addım, eyni zamanda, həyata keçirilən siyasətə dəstəkdir. Andiçmə mərasimində dövlətimizin başçısı İlham Əliyev bildirib: “Sabitlik pozulanda xarici müdaxilə baş verir, ölkələr idarəolunmaz vəziyyətə düşür, qardaş qanı tökülür və ölkələrin gələcəyi böyük sual altına düşür. Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır və bizim siyasətimizdir. Ona görə xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir. Azərbaycan bu gün dünya miqyasında sabitlik məkanı, sabitlik adası kimi tanınır və bu, bizim böyük nailiyyətimizdir”.

Bu gün böyük inam hissi ilə qeyd edə bilərik ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışının ilk çağlarında söylədiyi “Biz bu çətin günləri keçib gedəcəyik, müstəqil Azərbaycan Respublikası dünya birliyində öz layiqli yerini tutacaq. Hər bir Azərbaycan vətəndaşı özünün bu müstəqil dövlətə mənsub olduğunu böyük qürur hissi ilə bəyan edəcəkdir” fikirləri artıq reallıqdır. Ümummilli lider Heydər Əliyevin bu fikirlərinin davamı olaraq Prezident İlham Əliyev bildirir ki, bugünkü Azərbaycan Ulu Öndərin görmək istədiyi Azərbaycandır. Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir, ən əsası Heydər Əliyev siyasəti bu əbədiliyin təminatçısıdır.

Vüqar Rəhimzadə əlavə edib ki, son 15 ildə demokratik təsisatların inkişafı istiqamətində atılan addımlar da təqdirəlayiqdir. Dövlət siyasətinin əsasını təşkil edən insan hüquq və azadlıqlarının təminatı, azad mətbuatın inkişafı, siyasi partiyaların normal fəaliyyəti üçün yaradılan əlverişli şərait, eyni zamanda, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi istiqamətində atılan addımlar davamlılığı ilə diqqət çəkir. Konstitusiyamıza son 15 ildə iki dəfə əlavə və dəyişikliyin edilməsi məqsədilə ümumxalq səsverməsinin keçirilməsi, cəmiyyətin idarə olunmasında əsas rola malik olan qanunlarımızın təkmilləşdirilməsi insan amilinə verilən dəyərin təsdiqidir. Dövlətimizin başçısı İlham Əliyevin sərəncamlarına uyğun olaraq jurnalistlər üçün artıq iki bina tikilib istifadəyə verilib, üçüncü binanın təməli qoyulub. Prezident İlham Əliyevin Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasının təsdiqi, eyni zamanda, bu sənədə uyğun olaraq 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması azad mətbuatın inkişafına xidmət edən addımlar sırasındadır. Bu gün zamanın, dövrün tələblərinə uyğun təkmilləşmə digər sahələr kimi, mətbuatda da öz əksini tapmaqdadır.

Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan 15 ildə özünün dövlətlər, xalqlar arasında körpü rolunu daha da möhkəmləndirib. “Multikulturalizm İli”, “İslam Həmrəyliyi İli” çərçivəsində görülən işlər, Azərbaycandan dünyaya ünvanlanan mesajlar bir daha bu həqiqəti ortaya qoydu ki, Azərbaycan hər addımı, eyni zamanda, reallaşdırdığı layihələri ilə dövlətləri, xalqları daha da yaxınlaşdırır, birgə səylərin qarşıya qoyulan məqsədlərə nə kimi yol açdığını dünyaya çatdırır. Azərbaycanda keçirilən çoxsaylı mötəbər beynəlxalq tədbirlər, forumlar, konfranslar ölkəmizi dünyada tolerantlıq məkanı, dözümlülük, multikulturalizm mərkəzi kimi təqdim edib.

“Uğurlarımıza yol açan əsas amillərdən biri təbii ki, iqtisadi inkişafdır. Son 15 ildə neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımların uğurları bugünkü sosial-iqtisadi göstəricilərdən daha aydın görünür. Son on beş ildə bir milyon 500 min yeni iş yeri açılıb. İşsizliyin səviyyəsi 5 faizdir. Regional inkişaf proqramlarının uğurlu icrası nəinki rəqəmlərdə, insanların gündəlik həyatında da özünü göstərir. Neft gəlirlərinin idarə olunmasında şəffaflıq, ədalət prinsipinin öndə saxlanılması ölkənin maliyyə imkanlarının genişlənməsində və mühüm sosial-iqtisadi layihələrin həyata keçirilməsində özünü təsdiqləyir”, -deyə baş redaktor vurğulayıb.

YAP Siyasi Şurasının üzvü qeyd edib ki, son 15 ildə enerji sektorunda əldə olunan uğurların da miqyası genişdir. “Əsrin müqaviləsi”nin 23 illiyi ərəfəsində “Yeni əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsindən xəbər verir. Cari ildə Cənub Qaz Dəhlizinin əsas tərkib hissəsi olan TANAP layihəsinin icrasının başa çatması ilə Azərbaycana investisiya axını daha da sürətlənəcək. Bir sözlə, Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu hər bir layihənin uğurlu sonluqla başa çatması yeni layihənin gündəmə gətirilməsini şərtləndirir. Prezident İlham Əliyev andiçmə mərasimində bir daha bu reallığı diqqətə çatdırıb ki, iqtisadi inkişaf templərinə görə son on beş ildə Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmayıb. Bu dövrdə iqtisadiyyat 3,4 dəfə artıb. Əvvəlki illərdə bu artımın neft amili sayəsində olduğunu önə çəkən Prezident İlham Əliyev bu əminliyi ifadə edir ki, hazırda qeyri-neft sektorunun inkişafı bu artımı təmin edir və gələcəkdə də təmin edəcək. Həyata keçirilən siyasətin əsasında vətəndaş amilinin dayanması sosial müdafiənin gücləndirilməsi istiqamətində atılan addımların miqyasından da aydın görünür. Diqqətəlayiq haldır ki, bu müddət ərzində Azərbaycan özünü dünyaya sosial dövlət kimi təqdim edib. Azərbaycan Prezidentinin başlıca tələb kimi irəli sürdüyü iqtisadi resursların insan kapitalına çevrilməsi əsas tezis kimi önə çəkilib. Son 15 ildə müasir dövrün tələblərindən biri kimi kadr hazırlığına diqqət daha da artırılıb.

“İki sahil” qəzetinin baş redaktoru qeyd edib ki, ölkəmizin hərtərəfli inkişafı, verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması, ən əsası hər bir addımda xalqa arxalanmaq, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə çalışmaq xalq-iqtidar birliyini daha da möhkəmləndirir. “Dövlətimizin başçısının xalqa xidməti hər bir dövlət məmurundan tələb etməsi də ölkə əhalisinə qayğının təzahürüdür. Prezident İlham Əliyevin vurğuladığı kimi, ən önəmlisi budur ki, Azərbaycan cəmiyyətində islahatların aparılması üçün çox böyük həvəs, maraq, böyük ruh yüksəkliyi var”, - deyə V.Rəhimzadə qeyd edib.

O bildirib ki, bu gün həll olunmamış yeganə problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Son 15 ildə əldə etdiyimiz diplomatik uğurlar, ordumuzun artan gücü və qüdrəti bu problemimizin də yaxın vaxtlarda öz ədalətli həllini tapacağına böyük əminlik yaradır. 2016-cı ilin Aprel döyüşləri Azərbaycan ordusunun nəyə qadir olduğunu bir daha dünyaya nümayiş etdirdi. Cocuq Mərcanlıya qayıdış işğal altında olan bütün torpaqlarımıza Böyük Qayıdışa əminliyi daha da artırdı. Bu gün Cocuq Mərcanlı qəsəbəsi bizim dirçəliş rəmzimizə çevrilibdir. Dövlətimizin başçısı bildirir: “Cocuq Mərcanlıya qayıdan həyat hər bir Azərbaycan vətəndaşını ürəkdən sevindirir, onu qürurlandırır. “Aprel döyüşləri bizim şanlı tariximizdir, böyük qələbəmizdir” söyləyən Prezident İlham Əliyev üçrəngli bayrağımızın Şuşada, Xankəndidə dalğalanacağı günün uzaqda olmadığını bildirir”.

Baş redaktor əlavə edib ki, fəaliyyətində bu hədəfləri əsas tutan Yeni Azərbaycan Partiyası 11 aprel prezident seçkilərində Prezident İlham Əliyevin qələbəsi ilə bir daha qələbələr partiyası olduğunu təsdiqlədi. Xalq İlham Əliyevə səs verməklə, eyni zamanda, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının bu gününə və gələcəyinə inamını nümayiş etdirdi. Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, YAP dünənin, bu günün və gələcəyin partiyasıdır. “Əminəm ki, möhtərəm Prezidentimiz İlham Əliyev növbəti 7 ildə Azərbaycanın hədəflərinə öz töhfəsini verməklə ölkəmizin uğur səhifələrini daha da zənginləşdirəcək”,-deyə Vüqar Rəhimzadə vurğulayıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq