İQTİSADİYYAT
Vüsal Qasımlı: Azərbaycanda 2018-ci ilin iqtisadi inkişaf ili olması bank sektoru üçün çox yaxşı bir siqnaldır
Bakı, 6 oktyabr, Sevda Cəfərova, AZƏRTAC
Azərbaycanda 2018-ci ilin sürətli iqtisadi inkişaf ili olması bank sektoru, o cümlədən onun bir hissəsi olan mikromaliyyə sektoru üçün çox yaxşı bir siqnaldır.
AZƏRTAC xəbər verir ki, bu fikri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı "Azərbaycanda mikromaliyyənin gələcəyi - çətinliklər və imkanlar" mövzusunda keçirilən V İnvestorlar Yarmarkasındakı çıxışında deyib.
“Xüsusi vurğulamaq istəyirəm ki, Azərbaycanda Kredit Zəmanət Fondunun yaradılması bütövlükdə həm kreditlərin faiz dərəcələrinin subsidiyalaşması, faiz dərəcələrinin daha əlçatan həddə qədər endirilməsi mexanizmini işə düşməsi və girov məsələsi həllinə kömək edəcəkdir”, - deyə V.Qasımlı bildirib.