Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Vüsal Qasımlı: Qarabağ Azərbaycanda iqtisadi artımın yeni drayveri olacaq

Vüsal Qasımlı: Qarabağ Azərbaycanda iqtisadi artımın yeni drayveri olacaq

Bakı, 24 noyabr, AZƏRTAC 

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının müzəffər Silahlı Qüvvələri 2020-ci ilin sentyabr-noyabr aylarında Vətən müharibəsini böyük zəfərlə başa vurdu və işğala son qoyuldu. Postkonflikt quruculuğunun əsas istiqamətləri barədə suallara İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı cavab verib. AZƏRTAC V.Qasımlının müsahibəsini təqdim edir.

-Postkonflikt quruculuğunda konseptual çərçivəni necə qiymətləndirmək olar?

-Əslində, Prezident İlham Əliyev postkonflikt quruculuğunun konseptual çərçivəsini müəyyənləşdirib. Azərbaycanın postkonflikt dövründə işğaldan azad olunmuş ərazilərinin inkişafı, o cümlədən institusional həllər, beynəlxalq inkişaf partnyorları və investorların da cəlb edilməsi ilə bərpa-quruculuq və humanitar fəaliyyət, dövlət-özəl partnyorluğu, məcburi köçkünlərin geri qaytarılması və sosial kapitalın inkişafı dövlətin xüsusi proqram əsaslı yanaşması ilə həllini tapa bilər.

Postkonflikt quruculuğu Azərbaycan Respublikasının ümumi inkişaf strategiyası çərçivəsində işğaldan azad olunan ərazilərin reinteqrasiyası və dəyər zəncirlərinə qoşulması ilə həyata keçiriləcək. BMT-nin qəbul etdiyi davamlı inkişaf məqsədləri və 4-cü sənaye inqilabı prinsiplərinə uyğun olaraq, postkonflikt əraziləri yerli xüsusiyyətlər, resurslar və perspektivlər nəzərə alınmaqla inkişaf etdiriləcək. Beynəlxalq ekspertlər də cəlb olunmaqla Ermənistanın Azərbaycana vurduğu ziyan, o cümlədən torpaq, su, meşə resurslarına, faydalı qazıntılara, əmlaka və mədəni sərvətlərə, ən əsası mülki insanlara dəyən ziyan hesablanaraq qarşı tərəfə iddialar qaldırılır.

Qarabağın inkişaf strategiyası qısa, orta və uzunmüddətli dövrü əhatə etməklə, yerli, regional, milli və beynəlxalq səviyyələrdə olan fəaliyyətləri özündə ehtiva edə bilər. Strategiyanın həyata keçirilməsi üçün idarəetmənin təşkili və dövlətin makroiqtisadi, fiskal, monetar, sosial və digər siyasət alətlərindən istifadə zəruridir. İri dövlət maliyyələşməsini əsas götürərək fiskal dayanıqlılıq və beynəlxalq inkişaf partnyorlarının dəstəyini tənzimləyən donor koordinasiyası mexanizmi vacibdir. Eyni zamanda, milli valyutanın real məzənnəsinin tənzimlənməsi üçün pul kütləsinin iqtisadiyyat tərəfindən udulması mərhələlərinin nəzərə alınması zərurəti yarana bilər.

Postkonflikt quruculuğu Azərbaycanda iqtisadi artımı tətikləyən amil kimi çıxış edəcək. Azərbaycan bölgədə iqtisadi, siyasi və hərbi üstünlüyünü bundan sonra da daim möhkəmləndirəcək.

Beynəlxalq təcrübədə postkonflikt bərpa strategiyaları barədə nə deyə bilərsiniz?

-Postkonflikt bərpa strategiyalarının əsas məqsədi dayanıqlı iqtisadi artıma və insan inkişafına nail olmaqdır. Bir çox postkonflikt ölkələrinin, o cümlədən İraq, Əfqanıstan, Kosova, Xorvatiya kimi keçmiş münaqişə ölkələrinin iqtisadi bərpasının tədqiqi göstərir ki, keçmiş münaqişə ölkələri, stabil zəif inkişaf edən ölkələrə nisbətdə daha ciddi problemlərlə üz-üzə qalırlar. Bu problemlərə iqtisadi daralma, yüksək inflyasiya, xroniki fiskal defisit, yuxarı dövlət borclanması, dağıdılmış fiziki, insan və sosial kapital, məhv olunmuş iqtisadi stimul, geniş yayılmış yoxsulluq və kütləvi işsizlik aid oluna bilər. Azərbaycanın “təhlükəsizlik yastığı”, bəlli vizyon və siyasi iradə bu problemlərdən yan qaçmaq imkanı yaradacaq.

Dünya təcrübəsində postkonflikt dövründə büdcə resurslarının səfərbər olunması və yenidən prioritetləşdirilməsi müşahidə edilir. Azərbaycanda mövcud şəraitdə bu modeldən istifadə etmək daha məqsədəuyğun ola bilər.

1971-ci ildə Malayziyada qəbul olunmuş Yeni İqtisadi Siyasət strategiyası 2 üsulla milli birliyin təmini məqsədi daşıyırdı: yoxsulluğu azaltmaq və cəmiyyətin yenidən strukturlaşmasını sürətləndirməklə iqtisadi disbalansı aradan qaldırmaq.

Dünya praktikasına əsasən, ilk olaraq daxili insan kapitalı qiymətləndirilməlidir ki, buna əsas etibarı ilə keçmiş münaqişə zonası əhalisi daxildir. Bu iqtisadi iştirakçılar xarici agentlərin maliyyəşdirilməsini passiv şəkildə gözləməməlidir. Əksinə daha qətiyyətli, daha çox çalışqanlıq və innovativlik göstərərək özləri də əlavə dəyər yarada bilərlər. İnkişaf strategiyaları sosial dinamikliyə və institusional proseslərin tam dərk edilməsinə əsaslanarsa, daha dayanıqlı olur. Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramına əsasən yerli iqtisadi iştirakçılar bərpa planında əsas rol oynamalıdırlar.

Postkonflikt ölkələrinin təcrübəsində yeni iqtisadi inkişaf strategiyası makroiqtisadi sabitliyi təmin etmək üçün aşağıdakı tələblərə cavab verməlidir: iqtisadi islahatlar mərhələli və ardıcıl aparılmalı, özəl investisiyaların yatırılması əsas prioritet seçilməli, iqtisadi canlanmanı təmin edən monetar və fiskal siyasət yenidən qurulmalı, bərpanın maliyyələşdirilməsi və məşğulluğun artırılması ilə bərabər fiskal dayanıqlılığın təmin edilməsi fiskal siyasətin əsas məqsədi olmalı, fərdlər və ev təsərrüfatları üçün bütün sosial xidmətlər bərpa olunmalı, beynəlxalq yardım və qrantların idarə olunmasında şəffaflıq və səmərəlilik təmin edilməli, düzgün donor koordinasiya mərkəzi qurulmalı, strategiyanın icrasını təmin edən institut formalaşdırılmalıdır.

İkinci Dünya müharibəsindən sonra Fransa və İtaliya iqtisadi bərpanı Marşal planı əsasında həyata keçirib. Digər postkonflikt yardımları kimi Marşal planı çərçivəsində verilən yardımın idxal olunan mal və xidmətlərlə bağlılığı var idi, eyni zamanda, yardımdan istifadə ABŞ-ın büdcə və xərcləri təsdiqləməsi ilə şərtlənirdi. İtaliya və Fransa bu proqram şərtləri və gözləntilərindən kəskin kənarlaşmalarla ölkənin prioritet sahələrini daha çox maliyyələşdirməklə uğurlu postkonflikt bərpa siyasətləri həyata keçirib.

Bütün bu mərhələlərdə postkonflikt bərpa modelinin qurulmasında əhəmiyyətli rol oynayan beynəlxalq qurumların təcrübəsindən istifadə etmək zəruridir. Effektli postkonflikt modelinin həyata keçirilməsi üçün yüksəkkeyfiyyətli institusional mühit, əlçatan maliyyələşmə mənbələri, islahatların mərhələliliyi zəruri amillərdəndir.

-Qarabağın inkişaf strategiyasının əsas istiqamətləri necə ola bilər?

-Dövlətimizin başçısının tapşırığı əsasında Azərbaycanda yaradılan iqtisadi siyasətin yeni strateji idarəetmə çərçivəsinə uyğun olaraq, Qarabağ bölgəsi davamlı inkişaf etdirilərək ölkə həyatına reinteqrasiya olunacaq. Qarabağın inkişaf strategiyası vaxt ardıcıllığı və bölgələr nəzərə alınmaqla aşağıdakı prioritetlər üzrə həyata keçirilə bilər. Belə ki, Qarabağın inkişaf strategiyasının həyata keçirilməsini təmin etmək üçün idarəetmə, monitorinq və qiymətləndirmə mexanizmi, həmçinin şəffaf və hesabatlı maliyyələşmə mexanizmi qurula bilər.

İşğaldan azad edilmiş ərazilərin dekontominasiyası və şəhər, qəsəbə və kəndlərin yeni baş planları əsasında quruculuq-abadlıq fəaliyyəti başlayacaq. Ərazidə iqtisadi infrastrukturun, o cümlədən, yol, meliorasiya-irriqasiya, elektrik, qaz, su, kanalizasiya və sair sistemlərinin yaradılması, bərpası və inkişaf etdirilməsi zəruridir. Eyni zamanda, ərazidə sosial infrastrukturun, o cümlədən, təhsil və səhiyyənin inkişafı vacibdir. İşğaldan azad olunmuş ərazilərdə dövlət və bələdiyyə idarəetmə orqanlarının fəaliyyətinin tam təmin edilməsi, rəqabətqabiliyyətli iqtisadi sahələrin inkişaf etdirilməsi və məşğulluğun, o cümlədən, özünüməşğulluğun təmin olunması prioritet olmalıdır. Məcburi köçkünlərin mərhələlərlə iqtisadi və sosial məsələlər nəzərə alınmaqla öz yerlərinə qayıtması, insan kapitalının inkişafı, dövlət sərmayələri ilə yanaşı, xarici və yerli sərmayənin cəlb olunması, sahibkarlığın, xüsusilə də mikro, kiçik və orta biznesin inkişafının dəstəklənməsi, iqtisadiyyatın innovativ həllər, yeni texnologiyalar, yaşıl iqtisadiyyat və dövri iqtisadiyyat prinsiplərinə uyğun inkişaf etdirilməsi də prioritetlər arasındadır.

-Postkonflikt quruculuğunda hansı maliyyə mənbələrindən istifadə olunacaq?

-Burada müxtəlif maliyyə mənbələrindən, o cümlədən dövlət büdcəsi, Neft Fondu, xarici kredit təşkilatları tərəfindən ayrılan maliyyələşmələr, qrantlar və ianələr, özəl sərmayələr, qanunvericiliklə qadağan olunmayan digər mənbələrdən istifadə edilə bilər. Artıq indidən hiss olunur ki, beynəlxalq təşkilatlar, xarici dövlətlər, iri və orta biznes nümayəndələri postkonflikt quruculuğunda iştirakda maraq göstərirlər. Hər bir beynəlxalq təşkilat öz mandatına və hər bir biznes öz profilinə uyğun olaraq azad edilmiş ərazilərdə sərmayə yatırmağa hazırdır. İsraildə olduğu kimi, Azərbaycanda da diaspor investisiya modelindən də geniş istifadə etmək mümkündür.

Münaqişədən sonrakı dövrdə ərazilərdə texnologiya sahəsinə cəlb edilməsi düşünülən sərmayələri vençur kapital, kraudfandinq və kraudinvestinq yolu ilə artırmaq olar. İlkin səviyyədə böyük həcmdə sərmayə qoyuluşu çətin olduğundan, kiçik və orta biznes səviyyəsində sərmayələrin cəlb edilməsi sonrakı dövrdə böyük investisiya qoyuluşlarına dəstək olacaq.

Bunun nəticəsidir ki, Tayvan və Yaponiya texnologiya sahəsində vençur kapital qoyuluşlarında özlərini doğruldub. Dövlət-özəl tərəfdaşlığı vasitəsilə bir çox sahələrə sərmayə cəlb edilə bilər. İnfrastruktur layihələrin dövlət-özəl tərəfdaşlığı vasitəsilə həyata keçirilməsi özəl sektorun canlanmasına, səmərəliliyin artmasına və dövlət büdcəsinə düşəcək yükün azalmasına gətirib çıxarır.

İşğaldan azad olunan ərazilərdə dağ-mədən sənayesi, metallurgiya, yeyinti sənayesi, emal sənayesi, turizm-rekreasiya, yaradıcı sənaye, əczaçılıq, taxılçılıq, tərəvəzçilik, üzümçülük, pambıqçılıq, meyvəçilik, heyvandarlıq, quşçuluq, arıçılıq, tikini materialları kimi sahələr inkişaf potensialına malikdir. Bu sahələrə yatırılan sərmayələr həm qeyri-neft ixracının artması və idxalın əvəzlənməsi, həm də dəyər zəncirlərinə qoşulmaq nöqteyi-nəzərindən əhəmiyyət kəsb edəcək.

Postkonflikt quruculuğu ölkəmizin iqtisadi təhlükəsizliyi, o cümlədən ərzaq təhlükəsizliyi baxımından əhəmiyyətli rol oynayacaq. Bu ərazilərdə investisiyaların təşviqi üçün müxtəlif mexanizmlər, eləcə də sənaye parkları və məhəllələri, aqro və texnoparklar və digər investisiya təşviqi mexanizmləri tətbiq edilə bilər. Qarabağda investorların maraqlarına səbəb ola biləcək resurslar, strateji aktivlər, səmərəlilik və bazarlar mövcuddur. Regionun həm 80 milyon nəfərlik İran, həm də Naxçıvan üzərindən 83 milyonluq Türkiyə bazarlarına çıxış imkanları ixracyönümlü sərmayələr üçün cəlbedicidir.

Ümumiyyətlə, Qarabağ bölgəsi Azərbaycanda iqtisadi inkişafın yeni coğrafi drayveri – artım mərkəzi olacaq. Bu bölgədə sərmayə qoyuluşu və quruculuq işləri Azərbaycanda ÜDM-in artımını sürətləndirəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib