İDMAN


“Williams” komandasının pilotu Nikolas Latifi Azərbaycan Qran-Prisində cəzalandırılıb

Bakı, 6 iyun, AZƏRTAC

Formula 1 Azərbaycan Qran-Prisini 16-cı pillədə başa vuran “Williams” komandasının pilotu Nikolas Latifi cəzalandırılıb.

AZƏRTAC xəbər verir ki, yarışda Maks Ferstappen (“Red Bull Racing Honda”) qəza etdikdən sonra yürüşün direktoru Maykl Masi bütün idmançıların pit-leynə getməsi barədə göstəriş verib. Buna məhəl qoymayan N.Latifi trekdə olub və təxliyə edilən bolidin yanından keçib.

Məsələyə operativ qiymət verən yarışın stüardları pilota yürüşün nəticəsinə görə 10 saniyəlik “stop&go” və 3 cərimə xalı veriblər.

Qeyd edək ki, N.Latifinin super lisenziyasına ilk dəfə cərimə xalı yazılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.