DÜNYA


“Windows 10” əməliyyat sisteminin bazar payı 60 faizi ötüb

Bakı, 8 sentyabr, AZƏRTAC

“NetMarketShare” xidmətinin məlumatına görə, 2020-ci ilin avqustunda fərdi kompüterlərin 60,57 faizinə “Windows 10” əməliyyat sistemi quraşdırılıb. Bir ay bundan əvvəl bu göstərici 59,37 faiz olub. Bu vaxt ərzində “Windows 7” sisteminin bazar payı 23,34 faizdən 22,31 faizədək azalıb. İlk üçlükdə qərarlaşmış “Windows 8.1” sisteminin bazar payı 3,48 faiz təşkil edir.

AZƏRTAC xəbər verir ki, həmçinin “StatCounter” xidmətinin məlumatına görə, “Windows 10” sistemi liderdir. Cari ilin avqustunda “Windows” sistemi ilə işləyən kompüterlər arasında platformanın bazar payı 73,76 faiz təşkil edib, bu da ötən ayın göstəricisindən (73,05 faiz) çoxdur. Bu şirkətin analitikləri “Windows 7” sisteminin bazar payını cari ilin avqust ayının yekunu üzrə 19,44 faiz qiymətləndiriblər.

Bu ilin yanvarında “Windows 7” sisteminin dəstəyi dayandırılıb, amma sahibləri ondan imtina etməyə tələsməyiblər. “Windows 7” sisteminin bazar payının azalması tədricən baş verir və dünyada hər dördüncü kompüterdə quraşdırılmağa davam edir.

On doqquz il bundan əvvəl çıxarılmış “Windows XP” sistemi indiyədək dünyadakı kompüterlərin 1,2 faizinə quraşdırılıb. Bu, “Windows 8 (0,5 faiz), “ChromeOS” (0,4 faiz) və “Windows Vista”nın (0,1 faiz) göstəricilərindən çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.