MƏDƏNİYYƏT


“World Travel Awards 2020” Beynəlxalq turizm mükafatının finalı Moskvada keçiriləcək

Moskva, 31 oktyabr, AZƏRTAC

“World Travel Awards 2020” Beynəlxalq turizm mükafatının finalı Moskvada keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya paytaxtı merinin müavini Natalya Serqunina jurnalistlərə bildirib. Müsabiqənin finalının keçiriləcəyi vaxt barədə əlavə məlumat veriləcək.

“World Travel Awards” mükafatı 1993-cü ildən təqdim edilir. Müsabiqə çərçivəsində dünyanın müxtəlif ölkələrindən, o cümlədən Azərbaycandan otellər, aviaşirkətlər, turizm operatorları, kurort şəhərləri 80 nominasiyada mükafat uğrunda mübarizə aparırlar.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.