XALQ ARTİSTİ ƏLİÖVSƏT SADIQOV HAQQINDA FİLM ÇƏKİLİR
AZƏRTAC xəbər verir ki, “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində xalq artisti, xanəndə Əliövsət Sadıqovun həyat və yaradıcılığından bəhs edən filmin çəkilişinə başlanmışdır.
Ecazkar səsə malik Əliövsət Sadıqovun ifa etdiyi rollar Azərbaycan opera sənətində xüsusi yer tutur. O, “Koroğlu”da Eyvaz, “Leyli və Məcnun”da Məcnun, “Şah İsmayıl”da Şah İsmayıl obrazlarını böyük ustalıqla oynamışdır.
Bakı və Şəki şəhərlərində çəkilişləri aparılan filmdə tarzən Fərrux Abdulrəhimovun, sənətkarın uşaqlıq dostu, 102 yaşlı Manaf Məmmədovun Əliövsət Sadıqov haqqında xatirələri də yer almışdır.
Filmin ssenari müəllifləri Səadət Təhmirazqızı, Xaliq Rəhimli, rejissoru Oqtay Əlizadədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.11.2026 [18:51]
“Yaşa, Xəzər!” sərgisində konseptual incəsənət nümunəsi: “Qara kürü” əsəri
- 04.11.2026 [18:48]
Şair Sahib Məmmədov: Poetik görüşlər insanlar arasında mənəvi bağ yaradır
- 04.11.2026 [18:04]
Uşaqların Zəfər Gününə töhfəsi: “Mənim Zəfərim”
- 04.11.2026 [17:14]