İQTİSADİYYAT
XƏRCLƏR NƏZƏRDƏ TUTULANDAN ÇOX OLACAQDIR
AÇG əməliyyat xərclərinin 2006-cı ildə 344 milyon dollar olacağı gözlənilir. Proqnoza görə, 2006-cı ildə AÇG işləri üçün (əməliyyatlar və layihə) ümumi əsaslı xərclər plan üzrə 2 milyard 311 milyon dollar əvəzinə 2 milyard 711 milyon dollar olacaqdır. AÇG əsaslı xərclərində bu artım Şərqi Azəri (ŞA) öncə qazma proqramının (artıq bu proqram başa çatdırılmışdır) bir hissəsi olaraq iki əlavə quyunun qazılmasına qərar verilməsi, Dərinsulu Günəşli (Faza 3) öncə qazma proqramının daha erkən başlanması, dalğıc gəmisinin modernləşdirilməsi və bununla əlaqəli boruçəkmə və sualtı işlərin xərclərinin yüksəlməsi, Qərbi Azəri və Faza 3 layihələrinin sürətləndirilməsi, əlavə podratçı iş həcmləri, neft yataqlarının istismarı ilə bağlı material və xidmətlərin qiymətlərinin qalxması və valyuta kurslarının dəyişkənliyi ilə əlaqədardır.