SİYASƏT
XARİCİ İŞLƏR NAZİRLİYİNİN MƏTBUAT MƏRKƏZİ XƏBƏR VERİR
Oktyabrın 22-də xarici işlər naziri Vilayət Quliyev Rumıniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tasın Cəmili qəbul etmişdir.
Söhbət zamanı ölkələrimiz aasındakı münasibətlər yüksək qiymətləndirilmiş və Rumıniya Prezidenti İon İliyeskunun oktyabrın 29-30-da Azərbaycana nəzərdə tutulan rəsmi səfəri ilə əlaqədar bir sıra məsələlər müzakirə edilmişdir.
Nazir Vilayət Quliyev və səfir Tasın Cəmil Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üvzv olan dövlətlərin Xarici İşlər Nazirləri Şurasının oktyabrın 25-də Albaniyanın paytaxtı Tiranada keçiriləcək VII iclası ilə bağlı bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparmışlar.
Görüşdə qarşılıqlı maraq doğuran başqa məsələlər də müzakirə olunmuşdur.
X X X
Həmin gün xarici işlər naziri Vilayət Quliyev YUNESKO-nun Azərbaycan, Belarus, Ermənistan, Rusiya Federasiyası, Moldova və Gürcüstan üzrə nümayəndəsi, təşkilatın bu ölkələri əhatə edən Moskva bürosunun direktoru Volfqanq Royteri qəbul etmişdir.
Vilayət Quliyev Azərbaycanın bu təşkilatla əməkdaşlığa böyük əhəmiyyət verdiyini, BMT-nin elm, mədəniyyət və təhsil sahələri üzrə əlaqələrinin genişləndirilməsi və inkişaf etdirilməsinin zəruriliyini vurğulamışdır.
Cənab Volfqanq Royter YUNESKO ilə Azərbaycan arasındakı əlaqələrin genişlənməsində maraqlı olduğunu bildirmiş və bu istiqamətdə YUNESKO üzrə Azərbaycan Milli Komissiyası ilə əlaqələrin davam etdiriləcəyinə ümid bəslədiyini söyləmişdir.
Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə edilmişdir.