İQTİSADİYYAT


XƏZƏRDƏNİZNEFTDONANMASI DAHA İKİ TƏZƏ GƏMİ ALMIŞDIR

Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) AZƏRTAC-a bildirmişlər ki,

Xəzərdənizneftdonanma – BUE Caspian Alyansının sifarişi ilə Norveçin ''Simek'' gəmi tikinti zavodundan ''CİTADEL'' özül-təchizat gəmisi alınmışdır. Gəmi təchizat işləri üçün nəzərdə tutulub. Gələcəkdə bu gəmidən müxtəlif sualtı işlərin yerinə yetirilməsində istifadə olunması planlaşdırılır. Bu məqsədlə gəmidə bəzi modernləşdirmə işləri aparılmış və DP 2 (dinamik tarazlaşdırma) sistemi quraşdırılmışdır.

Bundan başqa, Sinqapurun ''Prezident'' gəmi tikinti zavodundan da ''BAKI'' qəza-xilasetmə gəmisi alınmışdır. Beynəlxalq standartlara tam cavab verən bu gəmilər ən müasir avadanlıqla təchiz olunmuşdur. Gəmilərin Xəzər sahillərinə noyabrın əvvəlində çatacağı gözlənilir. Bakı limanında bəzi hazırlıq işləri yerinə yetirildikdən sonra gəmilər Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti və bp Şahdəniz əməliyyat şirkətlərinə xidmət göstərməyə başlayacaqlar. Qeyd etmək lazımdır ki, Xəzər dənizində analoqu olmayan bu müasir gəmilərin heyətinin əsas hissəsi azərbaycanlı mütəxəssislərdən ibarət olacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.