Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

XİN: Nalbandyan Minsk qrupunun həmsədrlərinin bəyanatını təhrif etməklə Ermənistan ictimaiyyətini aldadır

XİN: Nalbandyan Minsk qrupunun həmsədrlərinin bəyanatını təhrif etməklə Ermənistan ictimaiyyətini aldadır

Bakı, 10 dekabr, AZƏRTAC

Ermənistan xarici işlər naziri yenə də öz ənənələrinə sadiq qalaraq ATƏT-in Minsk qrupunun həmsədrlərinin xarici işlər nazirləri səviyyəsində dekabrın 8-də Hamburqda verdikləri bəyanatını təhrif etməkdən çəkinmir. Ermənistan ictimaiyyətini aldatmaq üçün yalnız daxili istehlaka ünvanlanmış bəyanatlarla çıxış edir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan xarici işlər naziri E.Nalbandyanın kütləvi informasiya vasitələrinə açıqlamasına cavab olaraq bildirib.

Hikmət Hacıyev deyib: Ermənistan xarici işlər nazirinin özünün dediyi kimi, məhz ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatı əsasında məsələləri qiymətləndirmək lazımdır.

Həmsədrlərin bəyanatında silahlı insidentlərin baş verməsi, güc tətbiq etmək və güc tətbiq edərək hədələmək pislənir. Güc tətbiq etmək və ya güc tətbiq edərək hədələmək prinsipindən çox danışan Ermənistan tərəfi anlamalıdır ki, bu prinsipdən irəli gələn şərtlərin icra edilməsi məsuliyyəti də bilavasitə Ermənistana aiddir. Hərbi güc tətbiq edərək Azərbaycanın ərazilərini işğal edən tərəf Ermənistandır. Azərbaycanın işğal edilmiş ərazilərində çoxsaylı hərbi kontingent saxlayaraq hədə doğuran tərəf də məhz Ermənistandır. Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən hələ də çıxarılmayıb. Ermənistan Azərbaycana qarşı güc tətbiq etmək və güc tətbiq edərək hədələmək kimi qeyri-qanuni fəaliyyətini davam etdirir. İnsidentlərin baş verməsinin də səbəbi Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğudur.

Danışıqlar prosesində hər hansı irəliləyişin ola biləcəyini görən Ermənistan tərəfi həmişə təxribatlara əl atır. 2014-cü ilin sonunda prezidentlərin Paris görüşündən sonra Ermənistanın təhriki ilə baş vermiş helikopter insidenti və məlum aprel hadisələri bunun bariz nümunələridir. Bu ilin aprelində cəbhədə vəziyyətin gərginləşməsi Ermənistanın təmas xətti boyunca sıx şəkildə yaşayan mülki Azərbaycan əhalisini vəhşicəsinə ağır silahlardan atəşə tutması, Ermənistanın birbaşa hərbi avantürası və təxribatı nəticəsində baş verdi. Azərbaycan silahlı qüvvələri mülki Azərbaycan əhalisinin təhlükəsizliyini təmin etmək üçün əks-həmlə tədbirləri gördü. Ermənistanın bu əməlləri nəticəsində 6 nəfər azərbaycanlı mülki şəxs, o cümlədən azyaşlı qız həlak oldu və 33 nəfər yaralandı. Şəxsi və dövlət mülkiyyətinə, məktəb və uşaq bağçalarına ciddi zərər dəydi. Hətta aprelin 5-də atəşkəs haqqında anlaşma əldə olunsa da, aprelin 26-27-də Ermənistan Ağdam və Tərtər istiqamətində mülki Azərbaycan əhalisini yenidən ağır artilleriya atəşinə tutdu. Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, o cümlədən Azərbaycan hərbi qulluqçularına qarşı qeyri-insani davranışı beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə və digər beynəlxalq hüquqi sənədlərin kobud şəkildə pozulmasıdır.

2009-2013-cü illərdə verilmiş Akvil, Muskoka, Dövil, Los-Kabos və Enniskilen bəyanatlarından sonra ATƏT-in Minsk qrupunun həmsədrləri Hamburq bəyanatında münaqişənin həlli üzrə addımları yenidən sadalayaraq, bu sırada ilk növbədə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ətrafındakı ərazilərin işğaldan azad edilməsini, qaçqın və məcburi köçkünlərin geri qayıtmasının təmin olunmasını qeyd edirlər. Ermənistan xarici işlər naziri bilərəkdən bu məqamın üzərindən sükutla keçir.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatında Ermənistanın möhtəkirlik obyektinə çevirməyə çalışdığı insidentlərin araşdırılması və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsi məsələsinə də aydınlıq gətirilir. Ermənistan xarici işlər nazirinə xatırlatmaq istərdik ki, bəyanatda bu təkliflərin münaqişənin həlli üzrə danışıqların dərhal bərpa edilməsi ilə həyata keçirilməsi qeyd olunur. Azərbaycan tərəfi bununla əlaqədar dəfələrlə bildirmişdi ki, insidentlərin araşdırılması mexanizmi münaqişənin həlli üzrə substantiv danışıqlarla sinxronlaşdırılmalı və onun tərkib hissəsi olmalıdır.

Ermənistan xarici işlər nazirinin istinad etdiyi 1994-1995-ci il atəşkəs rejiminə dair razılaşmaya gəldikdə isə bu çərçivədə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması üzrə vaxt cədvəlinin olması barədə müddəanı qeyd etmək lazımdır.

Ermənistan xarici işlər naziri Helsinki Yekun Aktını və xalqların öz müqəddəratını təyinetmə prinsipini yenə də təhrif edir. Onun yaddaşını təzələmək istərdik ki, xalqların öz müqəddəratını təyin etməsi hüququnun ifadəsi hər hansı dövlətin ərazi bütövlüyü və ya siyasi müstəqilliyinə qarşı fəaliyyətin həyata keçirilməsinə imkan verən hal kimi təfsir oluna bilməz. Helsinki Yekun Aktının 8-ci bəndində deyilir: “İştirakçı dövlətlər xalqların bərabər hüquqları və öz müqəddəratını təyin etmək hüququna hörmət edərək, bütün hallarda BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, beynəlxalq hüququn müvafiq normalarına, eləcə də dövlətlərin ərazi bütövlüyünə uyğun şəkildə fəaliyyət göstərəcəklər”.

Eyni zamanda, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatında mövcud işçi təkliflər əsasında davamlı sülhü təmin etmək üçün danışıqların aparılması qeyd olunur. Amma Ermənistan tərəfi substantiv danışıqlardan yayınmaq üçün şərtlər və bəhanələr irəli sürür, görüşlərdən yayınır, Vyana və Sankt-Peterburq razılaşmalarına zərbə vurur, cəbhədə gərginlik yaradır, açıq şəkildə sülh prosesini pozmaq və status-kvonu saxlamaq siyasəti yürüdür. Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində hərbi quruculuğunu möhkəmləndirmək, bu ərazilərin demoqrafik, mədəni və fiziki xarakterini qanunsuz olaraq dəyişmək cəhdlərini davam etdirməsi Ermənistan tərəfinin əsl niyyətini ortaya qoyur.

Ona görə də ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatının kimə ünvanlandığı və nəyi ehtiva etdiyi hamıya çox yaxşı məlumdur.

Xarici işlər naziri Elmar Məmmədyarov Ermənistan XİN rəhbərinin bu açıqlaması ilə əlaqədar bildirib: “Bu kimi açıqlamalar Ermənistanın münaqişənin həlli üzrə aparılan danışıqların və ATƏT Minsk qrupunun həmsədrlərinin səylərinin pozulmasına yönəlmiş addımlarıdır. Azərbaycan tərəfi ATƏT-in Minsk qrupunun həmsədrlərinin xarici işlər nazirlərinin son bəyanatında qeyd olunduğu kimi, həmsədrlərlə birlikdə münaqişənin substantiv danışıqlar yolu ilə həlli üzrə səylərini davam etdirəcək. Biz Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin təmin olunacağına əminik”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir