MƏDƏNİYYƏT


XIV Beynəlxalq Böyük Türk Qurultayının iştirakçıları Fəxri xiyabanı ziyarət ediblər VİDEO

Bakı, 27 sentyabr, AZƏRTAC

Bakıda keçirilən XIV Beynəlxalq Böyük Türk Qurultayının və 87-ci Türk Dili Bayramının iştirakçıları sentyabrın 27-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anıblar.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları Fəxri xiyabanda görkəmli elm və mədəniyyət xadimlərinin də məzarlarını ziyarət ediblər.

Bakının ən hündür nöqtəsindən – Dağüstü parkdan Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.