İQTİSADİYYAT
XOCALI FACİƏSİNİN İLDÖNÜMÜ ZAQATALADA DA GENİŞ QEYD EDİLƏCƏKDİR
Fevralın 24-də rayonun bütün təhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr ediləcəkdir. Dərslərdə faciənin mahiyyəti, onun səbəbləri barədə söhbətlər aparılacaq, şagirdlərin iştirakı ilə ədəbi-bədii kompozisiyalar nümayiş etdiriləcək, bu mövzuda şeir və inşa yazı müsabiqələri keçiriləcək, məktəblərin foyesində isə Xocalı faciəsini əks etdirən sərgi və fotostendlər təşkil olunacaqdır.
Fevralın 26-da rayon rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin, ziyalıların iştirakı ilə Xocalıdan olan məcburi köçkünlərin məskunlaşdığı “Gülüstan” turist bazasında ehsan mərasimi keçiriləcək, şəhid ailələrinə yardımlar göstəriləcəkdir. Həmin gün saat 17.00-da rayon ərazisində soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcəkdir.