İQTİSADİYYAT
XOCALI SOYQIRIMININ İLDÖNÜMÜ QEYD EDİLİR
Səbail Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, Xocalı soyqırımının 14-cü ildönümü ilə bağlı hazırlanmış plana əsasən, rayonun bütün idarə, müəssisə və təşkilatlarında, tədris ocaqlarında silsilə tədbirlər həyata keçiriləcəkdir.
Rayon icra hakimiyyətində ərazidə məskunlaşmış 11 Xocalı ailəsinin iştirakı ilə anma mərasimi keçiriləcək və onlara maddi yardım ediləcəkdir.
Tədris müəssisələrində ədəbi-bədii gecələr, faciənin şahidləri ilə görüşlər, inşa müsabiqəsi keçiriləcək, stend və xatirə guşələri yaradılacaq, ədəbi-bədii kompozisiyalar göstəriləcəkdir. Fevralın 25-də bütün orta məktəblərdə təşkil ediləcək xüsusi dərslərdə bu qətliamın mahiyyəti açıqlanacaqdır.
Mədəniyyət müəssisələrində mövzu ilə bağlı filmlər göstəriləcək, fotosərgilər təşkil olunacaqdır.
Fevralın 26-da rayon ictimaiyyəti nümayəndələrinin Şəhidlər xiyabanına ziyarətini təşkil edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]