SİYASƏT


X Qlobal Bakı Forumu Ukrayna KİV-ləri tərəfindən geniş işıqlandırılıb

Kiyev, 10 mart, AZƏRTAC

Ukrayna KİV-lərində “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu ilə bağlı məqalələr dərc olunub.

AZƏRTAC xəbər verir ki, “İnterfaks-Ukrayna”, “UNN”, “Dialoq” və digər nəşrlərdə yayılan məqalələrdə Azərbaycan Prezidenti İlham Əliyevin Forumun rəsmi açılışındakı çıxışı və rəsmi görüşlərində söylədiyi fikirlər oxuculara çatdırılıb.

Yazılarda dövlətimizin başçısının fikirlərinə istinadla Azərbaycanın Avropaya yaşıl enerjisinin ixracına başlayacağı, ölkəmizin enerji təchizatı baxımından Avropa İttifaqı üçün daha vacib tərəfdaşa çevrildiyi vurğulanıb.

Bundan başqa, Azərbaycan Prezidentinin Ermənistanla bağlı söylədiyi fikirlər diqqətə çatdırılıb. Vurğulanıb ki, Ermənistan müstəqil ölkə olmaq şansını itirib, tamamilə digər ölkələrin müstəmləkəsinə çevrilib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.