REGİONLAR


Xaçmaz şəhərində 432 şagird yerlik yeni məktəb binasının inşasına başlanılıb VİDEO

Xaçmaz, 14 yanvar, Elxan Yusifli, AZƏRTAC

Xaçmaz şəhərində 432 şagird yerlik ikimərtəbəli məktəb binasının inşasına başlanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bəybala Rəsulov adına Xaçmaz şəhər 5 nömrəli tam orta məktəb üçün inşa olunan yeni bina növbəti tədris ilindən istifadəyə veriləcək.

Otuz sinif otağından ibarət olacaq tədris ocağında bütün fənn kabinetləri, kitabxana, kompüter otağı, akt və idman zalları fəaliyyət göstərəcək. Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz ediləcək.

Yeni məktəb binasının həyətində qazanxana və su çənləri də inşa olunacaq.

Təhsil Nazirliyinin 2 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəis müavini Fərhad Əmrahov bildirib ki, regionda təhsil müəssisələrinin tikintisi və yenidən qurulması işləri davam etdirilir. 2018-ci ildə şimal bölgəsinin altı rayonunda 20 yeni modul tipli məktəb binasının tikintisinə başlanılıb. Bu məktəblərdən 3-ü istifadəyə verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.