REGİONLAR


Xaçmazda Vətən müharibəsi şəhidi Arəstə Baxışovanın xatirəsinə həsr edilən şahmat turnirinin qalibləri mükafatlandırılıb VİDEO

Xaçmaz, 25 may, Elxan Yusifli, AZƏRTAC

Xaçmazda Vətən müharibəsi şəhidi Arəstə Baxışovanın xatirəsinə həsr olunan şahmat turnirinə 130-a yaxın iştirakçı qatılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Şahmat Federasiyasının Sosial komissiyasının layihəsi əsasında təşkil olunan turnir qızlar və qadınlar arasında keçirilib.

Xaçmaz rayon Heydər Əliyev Mərkəzində təşkil olunan turnirin açılış mərasimində Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Günel Nurəddinova, Yeni Azərbaycan Partiyasının Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqardaşov, Xaçmaz Gənclər və İdman İdarəsinin rəisi Elman Məmmədov, Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov və Azərbaycan Şahmat Federasiyasının Sosial komissiyasının sədri Zeynəb Məmmədyarova çıxış edərək turnirin əhəmiyyəti haqqında danışıblar. Bildirilib ki, regionlarda qızlar və qadınlar arasında şahmatı təbliğ etmək məqsədilə keçirilən bu turnir, eyni zamanda, Vətən müharibəsi şəhidi, “Vətən uğrunda” medalı ilə təltif olunan Arəstə Baxışovanın əziz xatirəsinin yad edilməsi məqsədilə təşkil olunur.

Açılış mərasimindən sonra turnirə start verilib. Turnirdə Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzəndən olan 130-dək şahmatçı yarışıb. Ümumilikdə 6 yaş kateqoriyası üzrə qaliblər müəyyənləşib.

Hər yaş üzrə ilk üç yeri tutan qaliblərə təşkilatçılar tərəfindən kubok, medal və xüsusi sertifikat təqdim olunub.

Vətən müharibəsi şəhidi Arəstə Baxışovanın xatirəsinə həsr olunan şahmat turnirinin ölkəmizin 12 bölgəsində keçirilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.