İDMAN


Xaçmazda atletika üzrə zona yarışları keçirilib

Bakı, 12 aprel, AZƏRTAC

Xaçmaz Olimpiya İdman Kompleksində atletika üzrə zona yarışları keçirilib.

AZƏRTAC Azərbaycan Atletika Federasiyasının (AAF) saytına istinadla xəbər verir ki, Xaçmaz Olimpiya İdman Kompleksində keçirilən yarışda Xaçmaz, Quba, Qusar, Şabran, Xızı, Qobustan, Sumqayıt, Abşeron, Qubadlı məktəblərinin komandaları mübarizə aparıb. Yarışlarda birinci yeri Quba rayon Qırmızı qəsəbə 1 nömrəli tam orta məktəbin komandası tutub. İkinci yerdə Qusar rayon Hil kənd 1 nömrəli tam orta məktəbin təmsilçiləri qərarlaşıblar. Üçüncü pillədə isə Xaçmaz rayon Yalama kənd tam orta məktəbin komandası yer alıb. Qaliblər diplomlarla təltif olunub.

Zona yarışlarında birinci və ikinci yerləri tutan komandalar final mərhələsinə vəsiqə qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.