REGİONLAR


Xaçmazda xalasının evindən oğurluq edən şəxs saxlanılıb VİDEO

Xaçmaz, 18 may, AZƏRTAC

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları oğurluq hadisələrini törətməkdə şübhəli bilinən rayonun Nərəcan kənd sakini Tofiq Həsənovu saxlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, araşdırmalar zamanı həmin şəxsin ayrı-ayrı vaxtlarda rayon ərazisində olan evlərə girərək oradan pul, kondisioner, televizor, suqızdırıcı, elektrik naqilləri, generator, peyk rəqəmsal aparatı və s. müxtəlif növ əşyalar oğurladığı müəyyən edilib.

Bundan başqa o, təkrar özgə əmlakını gizli olaraq talama məqsədi ilə xalasına məxsus evə daxil olaraq oradan, ümumilikdə, 5800 manat dəyərində qızıl-zinət əşyaları və pul oğurlayıb.

Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.