MƏDƏNİYYƏT


Xalça Muzeyində yeni “Əjdahalı” kolleksiyanın təqdimatı olub

Bakı, 7 dekabr, Flora Şükürova, AZƏRTAC

Dekabrın 7-də Azərbaycan Xalça Muzeyində ölkəmizin ilk milli zərgərlik brendi olan “Resm”in yeni “Əjdahalı” kolleksiyasının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, kolleksiya “Əjdahalı” xalçalarda əks olunan motivlərlə bəzədilmiş 50-dən çox zinət əşyasından ibarətdir.

Kolleksiyanın əsas məqsədi Azərbaycanın qədim xalçaçılıq sənətinə maraq yaratmaq, milli və mənəvi dəyərləri yaşatmaqdan ibarətdir.

Qarabağ xalçaçılıq məktəbinin ən gözəl nümunələrindən hesab edilən “Əjdahalı” xalçalar XVI-XVIII əsrlərdə Qarabağda, həmçinin Şirvan və Qubada toxunub. Azərbaycan dekorativ-tətbiqi xalq sənəti nümunələrində, tək olaraq istifadə edildiyi zaman əjdaha xeyirli qüvvəni simvolizə edir. Qədim türk inanclarına görə, “Büke”, “Evren”, “Kök-luu”, “Abırqa” adlandırılan əjdahalar müsbət gücü, qüvvəni təmsil edir. Qıpçaq türklərində “Beqşa” adlı əjdaha ailə ocağının qoruyucusu kimi qəbul olunurdu. Səfəvilər dövrü xalçalarında da bu motiv geniş istifadə edilib.

Tədbir çərçivəsində, həmçinin “Resm”in veb-saytının (www.resm.com) təqdimatı olub. Bu sayt vasitəsilə dünyanın istənilən nöqtəsindən “Resm”in zinət əşyalarını sifariş etmək mümkündür. Onlayn mağazada bu brendin zinət əşyalarının bütün modelləri mövcuddur.

“Resm” zinət əşyaları qədim Azərbaycan naxış və bəzəklərinin müasir interpretasiyasını təqdim edir. Bu zinət əşyaları adi dəb meyillərindən üstün olmağa, əcdadların yaşadığı bir aləmə qatılmağa imkan verir. “Resm”in bütün məmulatları dizaynın tarixi mahiyyətini, naxışların mənşəyini və ənənəvi bəzəkləri izah edən fərdi təsvirlərlə təmin olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.