Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Xalq-Heydər, Heydər–Xalq və zamanın sınağında formalaşmış vəhdət

Xalq-Heydər, Heydər–Xalq və zamanın sınağında formalaşmış vəhdət

Bakı, 9 may, AZƏRTAC

Biz Heydər Əliyev haqqında danışanda onu Azərbaycan xalqının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycanın müasir hüquqi-siyasi sisteminin yaradıcısı, azərbaycançılıq ideologiyasının banisi, azərbaycanlı sosial üst kimliyinin, milli özünüdərk şüurunun formalaşdırıcısı, Ümummilli Lider, Ulu Öndər kimi çox qiymətli və məzmunlu sözlərlə yad edirik. Ancaq bütün bunları deyərkən yenə nəyi isə demək lazım olduğunu hiss edirik, amma onu ifadə etməkdə çətinlik çəkirik. Düşünürəm ki, Heydər Əliyevin böyüklüyü də elə məhz bundadır.

Bu fikirlər Milli Məclisin deputatı Hikmət Babaoğlunun “Ulu Öndərin adı və fəaliyyəti Azərbaycan etnocoğrafiyası ilə məhdudlaşmır” sərlövhəli məqaləsində yer alıb.

AZƏRTAC məqaləni təqdim edir: “Heydər Əliyev epoxal siyasətçi idi. Onun Azərbaycanda hakimiyyəti ayrıca bir era təşkil edir. Bu era müxtəlif ideoloji, siyasi və sosial qatlardan ibarətdir. Ancaq nəticə və məzmun etibarilə bütövdür. Müxtəlif təbəqələr onun tamlığını təyin edən daxili komponetlərdir. Çünki bütün dövrlərdə və hallarda Heydər Əliyev erası xalqımıza xidmət etmək məqsədlərinə xidmət edib. Onun Azərbaycanda hakimiyyəti iki, tamamilə bir-birinə zidd olan siyasi ideoloji sistemlərdə mövcud olsa da, fəaliyyətinin cazibə mərkəzi daima Azərbaycan dövlətçiliyi olub. Ancaq şübhəsiz ki, Heydər Əliyevin fəaliyyətini yalnız milli müstəvidə qiymətləndirmək doğru olmazdı. Ulu Öndərin adı və fəaliyyəti Azərbaycanın siyasi inzibati və etnosiyasi coğrafiyası ilə məhdudlaşmır.

Heydər Əliyev istər sovet xalqları, istərsə də bütövlükdə türk xalqlarının tarixində mühüm rol oynamış bir siyasətçidir. Heydər Əliyevin tarixin müxtəlif mərhələlərində aldığı kritik qərarları bu gün müasir türk dünyası xalqlarının və daha geniş mənada Orta Asiyadan Avropaya qədər uzanan böyük siyasi coğrafiyada yerləşən çoxsaylı xalqların müasir sosial-iqtisadi, mədəni-humanitar inteqrasiyası və birliyi kontekstində mühüm əhəmiyyət kəsb edir. Bura iqtisadi müstəvidə onun əsasını qoyduğu Bakı- Tbilisi-Ceyhan layihəsi və onun mədəni humanitar müstəvidə yaratdığı, daim sülhü və əməkdaşlığı təşviq edən siyasi dəyər və ənənələri də daxildir. Əslində, Azərbaycanın iqtisadi və siyasi müstəqilliyinin açarı kimi qiymətləndirilən üç dəniz əfsanəsinin yaratdığı yeni geoiqtisadi perspektivlər kontekstində sonradan həyata keçiriləcək dörd dəniz əfsanəsi, yəni “Cənub Qaz Dəhlizi” layihəsinin də uğurunu təyin edirdi. Beləliklə, Xəzər-Qara Dəniz-Ağ Dəniz triadasına sonradan Adriatik Dənizi də qoşularaq Avropanın müasir alternativ enerji təhlükəsizliyi kəmərini yaradacaqdı. Əgər həmin dövrün mövcud hüquqi şərtlərini və geosiyasi konfiqurasiyasını nəzərə alsaq, bu gün qətiyyətlə deyə bilərik ki, Heydər Əliyev o zaman hüquqsuzluq şəraitində hüquq, etimadsızlıq şəraitində isə yeni beynəlxalq etimad mühiti yaradırdı.

Dövlətin və siyasətin sosiologiyası, yaxud xalqın özünü milli dövlətlə identikləşdirməsi

Dövlətin və siyasətin sosiologiyası, yaxud xalqın özünü milli dövlətlə identikləşdirməsi müstəqillik dövrünün ən mühüm milli cağırışlarından biri idi. Çünki siyasətin formal üst qatlarında fərqli proseslər, cəmiyyətin sosial siyasi və mənəvi qatlarının dərinliklərində isə tamamilə fərqli proseslər gedirdi. Ona görə də həmin dövrdə siyasi hakimiyyəti özünə tabe edənlər sosial hakimiyyətə sahib ola bilmədiklərinə görə siyasi hakimiyyəti də əllərində saxlaya bilmirdilər. Bu mürəkkəb kombinasiyanın uğursuz həlli, yaxud ümumiyyətlə dərk edilməməsi isə Azərbaycan dövlətinin təməllərini sarsıdırdı. Problemin həlli üçün universal sosial düstur tapmaq lazım idi. Bu düsturu Heydər Əliyev dühası tapdı və tətbiq etdi. Hakimiyyətə gələr-gəlməz bəyan etdi ki, müstəqil Azərbaycan dövləti Azərbaycan xalqının milli sərvətidir.

Bu ideoloji çağırış Azərbaycan cəmiyyətinin bütün etnomədəni və sosial-mədəni qatlarında eyni anlayış və coşqu ilə assosiasiya olundu. Səbəb isə o idi ki, çağırışı edən xalqın qəbul etdiyi lider idi. Çünki hələ birinci hakimiyyəti dövründə Heydər Əliyev öz xalqının inam və etimadını qazana bilmişdi. Sırf sosial kontekstə isə cəmiyyət tərəfindən mənimsənilən bu tezis xalqın özünü milli dövlətinə mənsub hesab etməsi hadisəsinə çevrildi. Başqa sözlə, ölkəmizdə lider, dövlət və xalqın vəhdəti formalaşdı. Sosiologiya izah edir ki, məhz bu üç mühüm faktor istənilən cəmiyyəti və onun siyasi sistemini davamlı edir.

Beləliklə, xalq ümummilli maraqlar kontekstində kütləvi – sinxron hərəkət qabiliyyəti əldə edir. Sonralar əldə edilən məhz bu sosial keyfiyyət dövlət çevrilişinə cəhdlər zamanı dövlətimizi qorudu. Müstəqillik tariximizin ilk illərində hadisələrin inkişafı kontekstində baş verən dövlət çevrilişi və vətəndaş müharibəsi fonunda hadisələri analiz edən Heydər Əliyev bu mərhələdə millətimizə ikinci mühüm çağırışını belə etdi: “Müstəqilliyi əldə etmək nə qədər çətindirsə, qoruyub saxlamaq ondan da çətindir”.

Ancaq qısa müddət ərzində Heydər Əliyev müstəqilliyimizə təhdid yaradan bütün təhlükələri və təhdidləri aradan qaldıra bildi. 1993-cü il 15 iyun, 1994-cü il 3-4 oktyabr və 1995-ci il 16-17 mart hadisələri zamanı milli dövlətimizi və müstəqilliyimizi hədəfə alanların planları dağıdıldı. Yalnız bundan sonra Heydər Əliyev 1995-ci ilin aprel ayında keçirilən ümumxalq toplantısında bildirdi ki, Azərbaycanın müstəqilliyi daimidir, əbədidir, dönməzdir. Bu üç ardıcıl çağırışda Heydər Əliyev dövrün siyasi proseslərini sözlə ifadə edir və problemin nələrdən ibarət olduğunu aydın şəkildə cəmiyyətə əyani olaraq göstərirdi. Yəni, Ulu Öndər zəngin siyasi təcrübəyə malik böyük dövlət xadimi kimi problemləri inzibati güc vasitələri ilə deyil, xalqın kütləvi inersiyası, yəni aktiv ətaləti ilə həll edirdi. O zamanlar bu gücü ifadə etmək üçün xüsusi bir termin yox idi. Hazırda həmin gücə “yumşaq güc” deyirik.

Azərbaycançılıq ümummilli və universal dəyərlər sistemi kimi

Hazırkı tarixi prizmadan baxdıqda, Heydər Əliyevin fəaliyyətinin bu vaxta qədər tədqiqatlardan və ümumi kütləvi yanaşmadan kənarda qalan bəzi aspektləri xüsusi maraq kəsb edir. Ümumi yanaşma və ortaq ictimai qənaət Heydər Əliyevin azərbaycançılıq ideologiyasını Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra başlatdığı yönündədir. Ancaq, əslində, Ulu Öndər azərbaycançılıq ideologiyasının əsaslarını hələ sovet dövründə, 1969-cu ildə Mərkəzi Komitəyə birinci katib seçildikdən dərhal sonra, Bakı Dövlət Universitetinin yaradılmasının 50 illik yubiley tədbirində Azərbaycan dilində söylədiyi nitqi ilə qoymuşdu. Bu çıxışında Heydər Əliyev həm Azərbaycan dilini dövlət dili statusunda yenidən təqdim etmiş, həm də Bakı Dövlət Universitetini yaradanları Azərbaycan xalqının böyük övladları kimi qiymətləndirmişdi. Burada məsələnin iki mühüm tərəfinin xüsusi şərhə ehtiyacı var.

Birincisi, söylədiyi nitqində Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətini milli dövlətçiliyimizin mühüm həlqələrindən biri kimi qiymətləndirir, ikincisi dil üzərindən cümhuriyyətimizlə birbaşa əlaqə qururdu. Beləliklə, orta statistik azərbaycanlının tarixi və dövlətçilik şüurunu yeniləməklə tarixi yaddaşımızın bərpası istiqamətində ona mühüm mesaj göndərmiş olurdu. Bunların hər ikisi öz dövrü üçün olduqca təhlükəli addımlar idi. Ancaq dahi şəxsiyyət Heydər Əliyev bunu etdi. Nəticədə Azərbaycan dili dövlət dili kimi təsdiq olundu. Bu siyasi-hüquqi kontekstdə mühüm tarixi hadisə idi. Ümumiləşdirməyə çalışsaq, belə bir qənaət ifadə edə bilərik ki, azərbaycançılıq ideologiyasının alt komponentləri elə o dövrdən formalaşmağa başladı. Bu qatlar isə ən azı iki mühüm siyasi-ideoloji hadisə ilə tamamlanırdı. Birincisi milli mühafizəkarlıq, yəni milli konservatizm, ikincisi isə universal dəyərlərlə zənginləşdirilmə, yəni liberalizm.

Müstəqillik dövründə də Heydər Əliyev özünün bu siyasi-ideoloji formuluna sadiq qaldı. Azərbaycançılıq ideologiyasını mühafizəkarlıq və universal dəyərlərin vəhdəti kimi təqdim edərək Azərbaycanın milli neokonservatizmini yaratdı. Bu isə hüquqi sistemimizdə vətəndaşlıq bərabərliyini və dövlət millətçiliyini, sosial münasibətlər sistemimizdə isə azərbaycanlı sosial üst kimliyini təyin etdi. Nəticədə sosial-hüquqi bərabərlik həm də ortaq milli identikliyi gücləndirərək ictimai harmoniya və həmrəyliyimizi təyin etmiş oldu. Heydər-Xalq, Xalq-Heydər birliyinin növbəti sosial-ideoloji kombinasiyası da elə buradadır. Ona görə də biz azərbaycançılığı bəzən milli məfkurə, bəzən ümummilli ideologiya və s. kimi qiymətləndirsək də, azərbaycançılıq həm də özlüyündə milli neokonservatizmdir, yəni dəyərlər və sosial inanclar sistemidir.

1970-ci illər sənayeləşməsinin sosiologiyası və demoqrafiyası

1970-1980-ci illər Azərbaycanda sənayeləşmənin baş tutması dövrünün iqtisadi trendini təşkil edirdi. Bu prosesdə sənaye müəssisələrinin böyük bir hissəsi Bakıda yaradılırdı. Həmin tarixi mərhələdə Heydər Əliyev tərəfindən gənclərimizin əmək qüvvəsi kimi Azərbaycanın regionlarından Bakı şəhərində məskunlaşdırılması Bakıda yeni milli intibah dövrünün əsasını qoydu. Bu paytaxt əhalisinin sosiologiyası və demoqrafik balansını milli zəmində lehimizə dəyişdi. Bənzər proses cəmiyyətin bütün mədəni və milli intellektual dərinliklərində də baş verirdi. Beləliklə, hazırda bütün dünyaya qürurla təqdim etdiyimiz multikultural azərbaycanlı sosial–mədəni modeli də elə həmin vaxtlarda substrat hadisə kimi özünü təyin edirdi.

Əldə etdiyimiz tarixi Zəfər, ərazi bütövlüyümüzün bərpa olunması, qalib xalqa çevrilməyimiz Heydər Əliyev ideyalarının təntənəsidir.

Hazırda Azərbaycan xalqı təkcə öz müstəqillik dövrü tarixinin deyil, bütövlükdə dövlətçilik tarixinin ən əlamətdar bir mərhələsinə qədəm qoyub. Bu mərhələ torpaqlarımızın işğaldan azad edilməsi, xalqımızın ümummilli arzusunun reallığa çevrilməsi, inkişaf, tərəqqi, dirçəliş, intibah mərhələsidir. Ancaq müstəqillik tariximizin elə kritik səhifələri var ki, həmin mərhələlərdə Heydər Əliyevin aldığı uzaqgörən strateji qərarlar olmasaydı, milli dövlətçiliyimiz böhrandan xilas edilə və inkişaf edərək hazırkı mərhələyə çata bilməzdi. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında, Heydər Əliyevin yaratdığı milli dövlətçilik ənənələri üzərində təntənə edən müstəqil Azərbaycan, müstəqil dövlətçilik tariximizin ən güclü Azərbaycanıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib