MƏDƏNİYYƏT


Xalq artisti: Rejissor aktyorda itdiyi kimi, aktyor da obrazlarda itir, görünməz olur

Bakı, 17 yanvar, AZƏRTAC

Aktyor ömrü boyu müxtəlif səpgili obrazlara həyat verir. Tamaşaçılar hər zaman aktyorun özü ilə yox, onun obrazları ilə görüşürlər. Rejissor aktyorda itdiyi kimi, aktyor da obrazlarda itir, görünməz olur.

Bu fikri Xalq artisti Cəfər Namiq Kamal “Tale yazısı” kitabının təqdimatı zamanı AZƏRTAC-a müsahibəsində deyib.

“Mənə elə gəlir ki, aktyorun yaradıcılığı ilə bərabər şəxsi həyatı, sənət haqda düşüncələri, aktyorluq təcrübəsi, iş prosesi, dünya görüşü qələmə alınsa bədii əsər qədər maraqlı və oxunaqlı olar”,- deyə Xalq artisti bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.