MƏDƏNİYYƏT


Xalq artisti Yasin Qarayev: “Alın yazısına inam” kitabı 77 yaşım münasibətilə mənə gözəl hədiyyə oldu

Bakı, 22 may, Emil Məlikov, AZƏRTAC

Əməkdar incəsənət xadimi, teatrşünas İlham Rəhimlinin müəllifi olduğu “Alın yazısına inam” kitabında mənim həyat və yaradıcılığımdan bəhs olunur. Mən Gənc Tamaşaçılar Teatrında 50 ildir ki, çalışıram və bu illər ərzində o, mənim yaradıcılığımla bağlı silsilə yazılar yazıb. İlham müəllim mənim yaradıcılığım barədə çox məlumatlı insandır. Biz onunla kitabın adının nə olacağı barədə geniş müzakirələr etdik, müxtəlif versiyalar var idi. Təsadüfən bir söz işlətdim ki, - Mən alın yazısına inanan adamam. Sonra gördüm ki, mənim o kəlməmdən istifadə edərək, kitabın adını “Alın yazısına inam” qoyub. Kitab yenidir, bu günlərdə çapdan çıxıb.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Xalq artisti Yasin Qarayev deyib.

“Bunu da xüsusən vurğulamaq istərdim ki, İlham Rəhimli hər təvəllüdümdə mənə hədiyyə etməyi sevir, təbii ki, bu qələmə aldığı kitabla bağlıdır. 70 yaşım olanda mənim yaradıcılığımdan bəhs edən balaca, gözəl bir kitabça çap etdirmişdi. 75 yaşımda isə onun “Yeddi sənət aşiqi” adında kitabı nəşr edildi, orada yeddi nəfər sənət adamının (Yusif Vəliyev, Ələddin Abbasov, Məlik Dadaşov, Kamal Xudaverdiyev, Səməndər Rzayev, Yasin Qarayev, Nürəddin Mehdixanlı) yaradıcılığından bəhs olunub. İlham Rəhimlinin qoşa rəqəmlərə rəğbəti olduğu üçün 77 yaşım münasibətilə də sonuncu “Alın yazısına inam” kitabını hazırlayaraq mənə hədiyyə etdi”, - deyə Xalq artisti qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.