MƏDƏNİYYƏT


Xalq artisti Zabit Nəbizadə Tehranda konsert verib

Tehran, 16 fevral AZƏRTAC.

Fevralın 16-da Azərbaycan Respublikasının Xalq artisti Zabit Nəbizadə Tehranda konsert proqramı ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, İranda keçirilən 35-ci Fəcr Musiqi Festivalı çərçivəsində bu şəhərdə qastrolda olan xanəndə “Niyavəran” mədəniyyət sarayında konsert verib.

Konsertdə “Zabul-segah” dəsgahı, xalq mahnıları, təsniflər, o cümlədən Fikrət Əmirovun “Kor ərəbin mahnısı”, aşıq havası “Döymə Kərəmi”, “Dilkeş təsnifi” ifa olunub.

Konsert proqramı maraqla qarşılanıb.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.