MƏDƏNİYYƏT


Xalq şairi Fikrət Qocanın “Seçilmiş əsərləri”nin beş cildi işıq üzü görüb

Bakı, 27 oktyabr, AZƏRTAC 

Müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Yazıçılar Birliyinin (AYB) birinci katibi, Dövlət mükafatı laureatı, Xalq şairi Fikrət Qocanın 85 illik yubileyi münasibətilə on cilddə nəzərdə tutulan “Seçilmiş əsərləri”nin beş cildi çap olunub.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyinin sifarişi əsasında “Şərq-Qərb” nəşriyyatında işıq üzü görən çoxcildlikdə Fikrət Qocanın 60 ildən artıq müddətdə qələmə aldığı şeirləri toplanıb.

Xalq şairinin çoxcildliyi Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən kütləvi kitabxanalara paylanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.