Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalqa bağışlanmış ömürdən anlar: 1990-cı il

Bakı, 18 noyabr, AZƏRTAC

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

Heydər Əliyevin fəaliyyətinin Naxçıvan dövrü

1990-cı ilin əvvəllərində ağır vəziyyətə düçar olmuş Azərbaycan xalqının yanında olmağa qərar verən Ulu Öndər Moskvadan Vətənə qayıtdı. Ovaxtkı rəhbərlik onun paytaxta yolunu kəsdiyi üçün iyulun 22-də doğma yurdu Naxçıvana getdi. Çox keçmədən muxtar respublikanın Ali Sovetinə və Azərbaycan SSR Ali Sovetinə Naxçıvandan deputat seçildi. Onun təşəbbüsü ilə üçrəngli bayrağımız 70 illik imperiya dövründə ilk dəfə Naxçıvanda ucaldıldı. 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən Heydər Əliyev muxtar respublikanı erməni təcavüzündən, siyasi təlatümlərdən qorudu.

X X X

21 yanvar. Ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, yanvarın 20-də sovet qoşunlarının Bakıda törətdiyi qırğınla əlaqədar bəyanat verdi.

4 fevral. “Pravda” qəzetində “Əliyevçilik, yaxud xoş əyyamların xiffəti” adlı məqalə dərc olundu, Heydər Əliyevə qarşı siyasi təqib başlandı.

9 fevral. Rusiya televiziyasının aparıcısı Andrey Karaulova və “Vaşinqton post” qəzetinin Moskva müxbiri Devid Remnikə müsahibə verdi.

İyun. “Ulduz” jurnalının 6-cı nömrəsində jurnalist Elmira Əhmədovaya Moskvada verdiyi müsahibəsi dərc olundu.

20 iyul. Moskvadan Bakıya qayıtdı.

22 iyul. Naxçıvana getdi və şəhər meydanında əhali ilə görüşdü.

21 avqust. Naxçıvan MSSR Ali Sovetinin Rəyasət Heyəti Heydər Əliyevin Naxçıvan vətəndaşlığı barədə qərar qəbul etdi.

25 avqust. “Respublika” qəzetində Heydər Əliyevlə müsahibə dərc edildi.

26 sentyabr. Tbilisidə çıxan “Sovet Gürcüstanı” qəzetinin müxbirlərinə müsahibə verdi.

30 sentyabr. Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan Muxtar Respublikası Ali Sovetinə Naxçıvandan deputat seçildi.

17 noyabr. Heydər Əliyevin sədrliyi ilə 12-ci çağırış Naxçıvan MSSR Ali Sovetinin 1-ci sessiyası öz işinə başladı. Sessiyada “Naxçıvan MSSR-in adının dəyişdirilməsi haqqında”, “Naxçıvan MR Ali Dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” qərarlar qəbul olundu.

20 noyabr. Naxçıvan MR Ali Məclisinin iclasında çıxış etdi.

21 noyabr. Naxçıvan MR Ali Məclisi “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” qərar qəbul etdi.

24 və 29 noyabr. Naxçıvan MR Ali Məclisinin iclasında çıxış etdi.

X X X

Ulu öndər Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bir gün əvvəl Bakıda törədilmiş 20 Yanvar faciəsinə siyasi qiymət verdi, onun hüquqa, humanizmə zidd olduğunu, Mərkəzin və ozamankı respublika rəhbərlərinin xəyanəti üzündən yol verilmiş kobud siyasi səhv olduğunu bəyan etdi. Kremlin kəskin informasiya blokadası siyasətinə baxmayaraq, bu tarixi çıxışın mətni bütün dünyada yayıldı və beynəlxalq ictimaiyyət baş vermiş faciə barədə əsl həqiqətdən xəbər tutdu. Bundan sonra Mərkəzi hökumət Heydər Əliyevə qarşı siyasi təqibi daha da gücləndirdi, qarayaxma kampaniyasını genişləndirdi.

Fevralın 4-də “Pravda” qəzetində “Əliyevçilik, yaxud xoş əyyamların xiffəti” sərlövhəli məqalə dərc olundu. Lakin məqalə müəllifi yerində yazılmış tibb elmləri doktoru V.Əfəndiyevin bu yazıdan xəbəri yox idi. Heydər Əliyev fevralın 9-da Rusiya televiziyasının aparıcısı Andrey Karaulova və “Vaşinqton post” qəzetinin Moskva müxbiri Devid Remnikə müsahibəsində V.Əfəndiyevin “Bakinski raboçi” və “Kommunist” qəzetlərində təkzib verdiyini bildirdi. Beləliklə, Heydər Əliyevlə həmin müsahibə SSRİ rəhbərliyinin çirkin niyyətini bir daha ifşa etdi.

Müsahibədə Heydər Əliyev istefasının səbəbləri barədə suala çox sadə səmimi cavab vermişdi: Əsl səbəblər mənim səhhətimlə bağlı deyildi, hərçənd ki, mən həqiqətən xəstəlik keçirmişdim. Səbəbi ondadır ki, fəaliyyətimin son dövründə Qorbaçov tərəfindən mənə qarşı qərəzli münasibət hiss edirdim. Bu, özünü çox şeydə göstərirdi. Mən vicdanla çalışırdım, heç bir qüsurum yox idi, Qorbaçov isə subyektivliyin qarşısında duruş gətirə bilmədi, vəssalam.

Ulu Öndər 1990-cı il iyulun 20-də Moskvadan Bakıya qayıtdı. Azərbaycan xalqının qəlbində ümid çırağı yandı. Lakin ozamankı rəhbərlik onun Bakıda qalmasını istəmirdi. Ulu Öndər iyulun 22-də Naxçıvana getdi. Əhali onu böyük ruh yüksəkliyi ilə qarşıladı. Moskva mətbuatı, o cümlədən “İnterfaks” agentliyi, “İzvestiya”, “AiF”, “Komsomolskaya pravda” qəzetləri Heydər Əliyevin iyulun 22-də Naxçıvan şəhərinin mərkəzi meydanında yerli əhali ilə keçirdiyi görüşə 30 minə qədər adamın gəldiyini yazırdı. Ulu Öndər görüşdəki çıxışında qətiyyətlə bəyan etmişdi ki, Azərbaycan xalqı respublikanın ərazi bütövlüyü, suverenliyi və dövlət müstəqilliyi, azad Azərbaycan uğrunda mübarizə aparacaq.

Heydər Əliyev 1990-cı il sentyabrın 30-da Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan Muxtar Respublikası Ali Sovetinə Naxçıvandan deputat seçildi. Onun sədrliyi ilə noyabrın 17-də 12-ci çağırış Naxçıvan MSSR Ali Sovetinin 1-ci sessiyası keçirildi. Sessiyanın qəbul etdiyi qərarlara əsasən, muxtar respublikanın adından “sovet sosialist” sözləri çıxarıldı, “Ali Sovet” sözü “Ali Məclis” ilə əvəz edildi. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanın dövlət bayrağı kimi qəbul edildi. Eyni zamanda, üçrəngli dövlət bayrağının bütövlükdə Azərbaycan SSR-nin dövlət rəmzi kimi təsis edilməsi məsələsini Azərbaycan SSR Ali Sovetindən xahiş edilməsi haqqında qərar qəbul olundu.

Heydər Əliyev 1990-cı il noyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında çıxış edərkən 20 Yanvar faciəsinin Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən Qorbaçovun böyük günahı və Azərbaycan rəhbərlərinin xalqa xəyanətinin nəticəsi olduğunu bildirməklə yanaşı bir məqama da diqqət çəkdi: Mən belə fikirdəyəm ki, Böyük Vətən müharibəsi qurtarandan sonra Sovetlər İttifaqında, ölkənin daxilində - heç bir yerdə, heç bir regionda bu qədər, bu miqyasda qanlı qırğın olmamışdır. Bunu da edib Sovet ordusu. Bunun nə qədər böyük miqyasda olmağını onunla da ölçmək olar ki, bu hərbi aksiyanın həyata keçirilməsi üçün SSRİ müdafiə naziri Yazov, SSRİ daxili işlər naziri Bakatin vaxtından qabaq gəlib Bakıda oturub, bu əməliyyatlara rəhbərlik ediblər. Müharibə vaxtı hərbi nazir az-az cəbhəyə gedirdi, ancaq görün bu hərbi əməliyyata bunlar nə qədər böyük fikir veriblər, bunun miqyası nə qədər böyük olubdur ki, marşal Yazov gəlib Bakıda oturub və bu əməliyyata rəhbərlik edib.

Noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Heydər Əliyevin işləyib hazırladığı “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” qərar qəbul etdi.

Zəngin dövlətçilik təcrübəsi olan Heydər Əliyev Naxçıvandakı fəaliyyəti dövründə keçirdiyi görüşlər, söylədiyi nitqlər və mətbuatda dərc edilən müsahibələri ilə həm ictimaiyyəti baş verənlər barədə obyektiv məlumatlandırır, cəmiyyətdə dezinformasiyanın yayılmasının qarşısını alır, həm də Azərbaycanın haqq səsini dünyaya çatdırmağa çalışırdı. Həmin müsahibələr nəinki o dövrdə Azərbaycanda baş verən hadisələr haqqında aydın təsəvvür yaradır, həmçinin bütün zamanlar üçün aktual olan fikirlərlə zəngindir.

Heydər Əliyevin 1990-cı ildə mətbuata müsahibələrindən sitatlar

• Hesab edirəm ki, demokratiya da olmalıdır, öz fikrini sərbəst şəkildə ifadə etmək üçün şərait olmalıdır, lakin bununla belə, qayda-qanun da olmalıdır.

• Mən ayrı-ayrı adamlar haqqında yox, problemlər haqqında danışmaq istərdim. Şəxsiyyət özünü bu gün bir, o biri gün isə başqa bir cəhətdən göstərə bilər.

• Rəhbərliyin gərək iradəsi olsun! Gərək hər bir rəhbər adam belə hesab etsin ki, onun borcu xalqının, öz torpağının, rəhbərlik etdiyi vilayətin, respublikanın müqəddəsliyinin keşiyində durmaqdır. Demək özünü bir kənara qoymalısan, öz şəxsi arzularından əl çəkməlisən, özünü ancaq bu işə sərf etməlisən.

• Mənə belə gəlir ki, “Durğunluq illəri” haqqında daha ədalətli söhbət aparmaq lazımdır. İndi adət olmuşdur, əsaslı da, əsassız da durğunluq illərini tənqid edirlər. Hər dövrün özünə görə nailiyyətləri də var, şübhəsiz ki, nöqsanları, səhvləri də. Mən ümumiyyətlə bu barədə öz fikrimi demək istəmirəm. Ancaq Azərbaycanda mənim fikrim belədir ki, 70-ci illərdə durğunluq illəri olmayıbdır. O illər Azərbaycanın iqtisadiyyatı, sosial sahəsi, mədəniyyəti yüksək templərlə inkişaf etmişdir və Azərbaycan Respublikası o illərdə çox böyük nailiyyətlər əldə etmişdir. Bu, o demək deyildir ki, o illər qüsursuz olubdur. Heç bir dövr qüsursuz ola bilməz. Ancaq hər şey müqayisə ilə qiymətləndirilə bilər.

• Məni nədə günahlandırırdılar? Biz rəhbər işçilərə dissertasiya müdafiə etməyi qadağan etmişdik. Bizdə - Azərbaycanda belə bir xəstəlik var idi. Raykom katibləri, nazirlər, MK katibləri, MK və Nazirlər Sovetinin məsul işçiləri öz işləri ilə məşğul olmaq əvəzinə, bütün qüvvələrini elmi dissertasiyaların hazırlanmasına və müdafiəsinə sərf edirdilər. Müəyyən edildiyinə görə əksər hallarda bununla özləri məşğul olmur, həmin işi elmi müəssisələrə, ali məktəblərə, öz əlləri altında olan adamlara, özü də dövlət hesabına tapşırırdılar. Xidməti vəzifədən bu cür sui-istifadə halları ilə necə barışmaq olardı? Buna görə də plenumlardan birində mən belə də dedim: yoldaşlar, kim partiya və dövlət işində çalışırsa, o, bilavasitə öz işi ilə məşğul olmalıdır, elmi dissertasiyaların tərtibinə vaxt itirməməlidir. Əgər kim elmi işə can atırsa, ərizə verib elmi işə keçə bilər, sonra dissertasiyalar yazın, elmimizi zənginləşdirin. İkisindən birini seçin, MK plenumu bu təklifi bəyəndi. Lakin sizə deyim ki, bir nəfər də olsun getmədi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ immiqrant vizalarının verilməsini müvəqqəti olaraq dayandırıb

Məşhur ingilis aktyor Tim Karri 80 yaşında dünyasını dəyişib

Çempionlar Liqası: “Fənərbağça” 18 il sonra əsas mərhələyə vəsiqə qazanıb

Özbəkistan mətbuatı Azərbaycan Prezidentinin dövlət səfərinin nəticələrini geniş işıqlandırıb

Tramp İranla danışıqlara qayıtmağa tələsmədiyini bildirib

Ölkənin bu ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib

Paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib

Nepalda baş verən daşqın səbəbindən 157 nəfər ölüb

“Sabah” Futbol Klubu Prezident İlham Əliyevə təşəkkür edib

Xətai rayonundakı küçədə nəqliyyat vasitələrinin hərəkəti iki gün məhdudlaşdırılacaq

Azərbaycanın Xarici İşlər Nazirliyi Nepal-Çin sərhədindəki faciə ilə bağlı başsağlığı verib

Xalq artisti: Festival Laçının mədəni həyatına yeni nəfəs gətirir

Macarıstanda sənaye müəssisəsində partlayış olub, iki nəfər ölüb

Solist: Laçında ifa etdiyimiz hər mahnı Böyük Qayıdışın, dönüş sevincinin ifadəsidir

Azərbaycanla Özbəkistan kino sahəsində əməkdaşlığın genişləndirilməsinə dair sənəd imzalayıb

Azərbaycan millisinin voleybolçusu: Üçüncü seti öz səhvlərimizə görə uduzduq

Azərbaycan yığmasının voleybolçusu: Lüzumsuz səhvlər komandaya mənfi təsir edir

“MSC” şirkəti Novorossiysk limanına sifarişləri dayandırıb

Lənkəranda yeni təmayül tədris modelinin ilk nəticələri yüksək olub

Voleybol üzrə Azərbaycan millisi Avropa çempionatında ilk məğlubiyyətini alıb

Fransalı rejissor: “La Leproduction” filmi dialoqsuz olması ilə diqqət çəkir

Bu saata olan əsas xəbərlər

Avropada qazın qiyməti 5 faizədək azalıb

Yaxın Şərqdəki münaqişə: Altı ayda “Brent”in qiyməti 70-126 dollar arasında dəyişib

Robert Köçəryanın həbsi ilə bağlı vəsatətə baxılacaq

Laçında Şəhər Günü münasibətilə konsert təşkil olunub VİDEO

Laçında Şəhər Günü münasibətilə konsert təşkil olunub VİDEO

Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki Məmməd Əliyevdən

Cəlilabad rayonunda zəlzələ baş verib

Paytaxtda 53 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib

Balakəndə avtomobil radar dirəyini aşırıb, iki nəfər xəsarət alıb VİDEO

Balakəndə avtomobil radar dirəyini aşırıb, iki nəfər xəsarət alıb VİDEO

Laçında “Əmir Teymur” filmi nümayiş olunub

Çində baş verən palçıq axınında 3 nəfər ölüb, 265 nəfər itkin düşüb VİDEO

Çində baş verən palçıq axınında 3 nəfər ölüb, 265 nəfər itkin düşüb VİDEO

Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə müraciət edib

Heydər Əliyev Fondu uşaqlar üçün növbəti əyləncə tədbiri təşkil edib

Eldar Yuldaşev: Gələn il də Laçına yeni filmlərlə gəlməyi planlaşdırırıq

Rusiya Federasiyasının Əməkdar məşqçisi, pedaqoji elmlər doktoru, professor İrina Vinerdən

® "Mardi Mekan Estate": dəniz kənarında yaşamağın tam vaxtıdır

“Bitcoin”in qiyməti 78 min dollara enib

Dondurma alarkən və istehlak edərkən nələrə diqqət yetirilməlidir?

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə növbəti vakansiya seçimi mərhələsinə başlanılır

Niderlandda qış mövsümündən əvvəl qaz anbarlarını doldurmaq mümkünsüz görünür

Zamira İsayeva: Təhsil Azərbaycan-Özbəkistan əlaqələrinin möhkəmləndirilməsi üçün yeni imkanlar açır

Deputat: Laçın Böyük Qayıdışın ən parlaq nümunələrindən biridir

Klipdən başlayan sevgi: yeddi ildir domra ifa edən azərbaycanlı gənc

Çexiyada tarixi abidələrin bərpasına 42 milyon avroya yaxın vəsait ayrılacaq

“Meta” platformalarının gənclərə zərər vurması iddiasını 18 milyard dollara həll etməyə razılıq verib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Yeni sanitariya norma və qaydaları təsdiqlənib

Biləsuvarda yük avtomobili kanala aşıb

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovdan

Yayda gündə nə qədər su içilməlidir? - Ekspert rəyi

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

“Tvente”nin baş məşqçisi: “Qarabağ”a qalib gəlmək üçün futbolçular ən yaxşı formada olmalıdırlar

Rusiyalı sahibkar Alişer Usmanovdan

Bakıda “Gələcəyin sənət elçiləri” proqramı çərçivəsində musiqi proqramı təqdim olunub VİDEO

Bakıda “Gələcəyin sənət elçiləri” proqramı çərçivəsində musiqi proqramı təqdim olunub VİDEO

Azərbaycanın süni intellekt startapı “ByteDance” ilə müqavilə imzalayıb

Laçına köçürülmüş sakinlərdən 1235-i məşğulluq tədbirlərinə cəlb edilib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Azərbaycan-Özbəkistan müttəfiqliyi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni imkanlar yaradır – ŞƏRH

Zəhra Pezeşkiandan

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Şəfiqə Tahirova: Ali təhsilin nəticəsi yalnız diplomla deyil, məzunun bacarıqları ilə ölçülməlidir

Mərkəzi Bankın nümayəndələri Şamaxıda vətəndaşların müraciətlərini dinləyəcəklər

Qarabağdan Buxaraya: əsrləri aşan elm, mədəniyyət və dostluq körpüsü - Yusif Qarabaği irsi

Burhanettin Duran: Suriyanın gələcəyini yalnız xalqın iradəsi müəyyən etməlidir

Vəkillərin icbari təlimlərinin ikinci istiqaməti yekunlaşıb

AzTU-ya qəbul olunanların qeydiyyatı “mygov” üzərindən aparılacaq

“Hapoel”in qapıçısı: Liqa mərhələsinə yüksəlməyimizə cəmi 20 saniyə qalmışdı

Laçın Şəhəri Günü çərçivəsində nağıl-tamaşa nümayiş olunub

Qəhvəyi mərmər bağacığı ilə mübarizə məqsədilə 26 minə yaxın feromon tələ quraşdırılıb

Paris üçün kritik gün: “Fitch Ratings” Fransanın kredit reytinqini yenidən nəzərdən keçirir

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib VİDEO

İncəsənət məktəbləri üçün 5 yeni yaradıcı istiqamət üzrə tədris proqramları hazırlanıb

Laçında aparılan quruculuq işləri Azərbaycanın sülhə və dinc inkişafa yönəlmiş siyasətinin göstəricisidir – ŞƏRH

® “PAŞA Holding”in dəstəyi ilə həyata keçirilən “Tənha anaların sosial inkişafına dəstək II” layihəsi fəaliyyətini davam etdirir

Azərbaycan və Özbəkistan alimləri vanadiumun alınması üçün yeni texnologiya hazırlayır

MDU tarixində rekord: tələbə qəbulu planı 98 faiz yerinə yetirilib

Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib VİDEO

Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaşların müraciətlərini dinləyəcək

İki dəfə uğursuz oldu, üçüncü cəhddə arzuladığı universitetə qəbul aldı - Dövlət Proqramının qalibi

AZAL uçuşlarda gecikmə və ləğv halları ilə bağlı sərnişinlərə müraciət edib

Rəqəmsal platformaların vergiyə cəlb olunması ədalətli rəqabətə imkan verəcək - RƏY

Laçın dirçəlir: Köç, quruculuq, uşaq gülüşü VİDEO

Laçın dirçəlir: Köç, quruculuq, uşaq gülüşü VİDEO

Azərbaycanda mis konsentratı istehsalı 6 dəfədən çox artıb – QRAFİK

Özbəkistan Respublikasının birinci xanımı Ziroat Mirziyoyevadan

“Nebesnaya qratsiya” Beynəlxalq İdmana Dəstək Assosiasiyasının prezidenti, Olimpiya çempionu Alina Kabayevadan

Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq

Ölkəyə gömrük qaydaları pozulmaqla gətirilən qəlyan tütünləri aşkarlanıb

Rusiyanın “SAFMAR” Qrupu” Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyevdən

Kino Agentliyinin direktoru: Filmlərimizin beynəlxalq səviyyədə yayımı əsas istiqamətlərdəndir

Azərbaycan və Özbəkistan alimlərinin birgə layihəsi: mis filizlərinin emalı üçün yeni texnologiya hazırlanacaq

Rusiyanın “VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri Andrey Kostindən

Birinci vitse-prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib VİDEO

Şabranda yol qəzasında ölənlərin sayı 2-yə çatıb YENİLƏNİB VİDEO

Şabranda yol qəzasında ölənlərin sayı 2-yə çatıb YENİLƏNİB VİDEO

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

Şahzadə Harri və Meqan bu gün Böyük Britaniyaya qayıdırlar

Şamaxıda vətəndaşların müraciətləri dinləniləcək

Bu il BMU-nun qəbul planı ilkin olaraq 98,3 faiz dolub