İDMAN
Xalqımız ümummilli lider Heydər Əliyevin xatirəsini sonsuz ehtiramla yad edir
Bakı, 12 dekabr, AZƏRTAC
Müasir müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin ideyaları bu gün də yaşayır. Vətən və xalq qarşısında misilsiz xidmətlər göstərmiş dahi rəhbərimizin nurlu xatirəsi daim qəlbimizdə yaşayacaq.
Bu sözləri ulu öndər Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar dekabrın 12-də Fəxri xiyabana gələn Bakı sakini Akif Orucov AZƏRTAC-a müsahibəsində deyib.
A.Orucov bildirib ki, ulu öndər Heydər Əliyevin zəngin həyat yolu xalqına, Vətəninə sonsuz məhəbbətin təcəssümüdür. Ölkəmiz və xalqımız bu gün də Ümummilli Liderin uzaqgörən siyasətindən bəhrələnərək daim inkişaf edir. Ulu Öndərimizin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində əldə olunan sürətli tərəqqidə Ümummilli Liderimizin izi var. Bu gün hər bir vətəndaşımız müasir müstəqil, sürətlə inkişaf edən bir dövlətdə yaşadığı üçün məhz əbədiyaşar liderimizə borcludur. Məhz minnətdarlıq duyğusunun nəticəsidir ki, xalqımız ulu öndər Heydər Əliyevin nurlu xatirəsini dərin ehtiramla yad edir.