Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Xanlar Fətiyev: Üzgüçülük idmanı dövlətimizin başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində davamlı inkişaf edir

Xanlar Fətiyev: Üzgüçülük idmanı dövlətimizin başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində davamlı inkişaf edir

Bakı, 13 mart, AZƏRTAC

Ölkəmizdə sürətlə inkişaf edən idman növlərindən biri də üzgüçülükdür. Bu gün nəinki üzgüçülük, idmanın bütün sahələri dövlətimizin başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində davamlı inkişaf edir. Yeni tikilən komplekslər və idman qurğuları isə gələcəkdə böyük potensialı olan güclü idmançılar yetişdirməyə şərait yaradır.

Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Xanlar Fətiyev ölkəmizdə idmanın bu növünün inkişafı istiqamətində görülən işlər barədə AZƏRTAC-ın müxbirinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

- Son dövrdə ölkəmizdə üzgüçülük idmanının inkişafı istiqamətində mühüm irəliləyişlər müşahidə olunur. İdmanın bu növünün inkişafı istiqamətində görülən işlər barədə məlumat verməyinizi xahiş edirəm.

- Beynəlxalq standartlara cavab verən Bakı Su İdmanı Sarayının istifadəyə verilməsi, regionlarda yeni yaradılan üzgüçülük hovuzları bu sahədə böyük perspektivlərin olacağından xəbər verir. Bütün idmançılar və məşqçi heyəti, o cümlədən Avropa Üzgüçülük (LEN) və Beynəlxalq Üzgüçülük (FINA) federasiyaları kimi beynəlxalq qurumların nümayəndələri bu arenada yaradılan şəraiti yüksək qiymətləndirirlər. Təbii ki, belə şərait yaradıldıqdan sonra Avropanın digər ölkələrində olduğu kimi, Azərbaycanda da peşəkar və güclü idmançıların yetişdirilməsinə zəmin yaranır. Prezident İlham Əliyevin idmanın inkişafına göstərdiyi dəstəyin nəticəsidir ki, bu gün ölkəmiz nüfuzlu idman yarışlarına ev sahibliyi edir, idmançılarımız beynəlxalq yarışlarda və turnirlərdə yüksək yerlər qazanırlar.

Azərbaycan üzgüçülük idman növü üzrə yarışlarda yaxşı nəticələr göstərir. Belə ki, beynəlxalq lisenziya yarışlarında uğurlu çıxışları, dünya çempionatlarına və yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya qazanmaları, Bakıda keçirilən birinci Avropa Oyunlarında yarımfinala qədər yüksələ bilmələri, III İslam Həmrəyliyi Oyunlarında bir qızıl, iki gümüş medal, Bakıda təşkil olunan IV İslam Həmrəyliyi Oyunlarında 4 qızıl və estafet yarışlarında iki bürünc medal qazanmaları, üzgüçülərimizin ayrı-ayrılıqda müxtəlif beynəlxalq yarışlarda və turnirlərdə qazandıqları qızıl və gümüş medallar, göstərdiyi yüksək nəticələr son illərdə üzgüçülük sahəsində qazandığımız uğurlardandır. Üzgüçülük üzrə milli komandanın üzvlərinin gənc və perspektivli idmançılarla əvəz olunması isə onu göstərir ki, artıq yeni nəsil yetişir və bu sahədə böyük irəliləyişlər var. Bu gün minlərlə azyaşlı uşaq və yeniyetmənin üzgüçülük bölmələrində məşğul olması, onların bir peşəkar idmançı kimi yetişmələri üçün hər şərait yaratmağa çalışırıq.

- Maksim Şemberyev bu ilə uğurlu start verdi. LEN kuboku yarışlarında 2 medal qazanıldı. Bu il üzgüçülərimizin qarşısına hansı hədəflər qoyulub?

- Ötən illərdə olduğu kimi, Maksim Şemberyev 2019-cu ilə də uğurlu start verib. Bildiyiniz kimi, o Lüksemburqda keçirilən Avropa Üzgüçülük Federasiyası (LEN) Kubokunun növbəti mərhələ yarışlarında iki gümüş medal qazandı. Bundan başqa, milli komandanın yeniyetmə və gənc idmançıları Turkiyənin Ədirnə şəhərində üzgüçülük üzrə “Edirne 1st Swimming International Open Cup 2019” adlı mötəbər turnirdən bir qızıl, bir gümüş, bir bürünc medalla Vətənə qayıtdılar. Maksim iyulda Koreya Respublikasının Kvancu şəhərində keçiriləcək su idman növləri üzrə dünya çempionatında iştirak edəcək deyə bu yarışlara qatılmadı.

Bildiyiniz kimi, üzgüçümüz keçən ilin avqustunda Böyük Britaniyanın Qlazqo şəhərində keçirilən su idman növləri üzrə Avropa çempionatında bu mötəbər yarışa A lisenziyası qazanmışdı. Bu çempionatda çıxışı göstərdi ki, M.Şemberyevin Kvancuda daha yaxşı çıxış etmək və yüksək nəticələr göstərmək imkanı var. Maksimin dünya çempionatına qədər nəticələrinin yüksəldilməsi və yaxşılaşdırılması üçün bir neçə mötəbər beynəlxalq yarışlarda iştirakı nəzərdə tutulub. Bundan başqa, federasiyanın qrafikinə uyğun təlim-məşq toplanışları keçirilməsi planlaşdırılır ki, bu da həm Maksim Şemberyevin, həm də milli komandanın digər üzvlərinin potensiallarının və göstəricilərinin yaxşılaşdırılmasına xidmət edəcək. Məlim olduğu kimi, bu il Bakıda keçiriləcək Avropa Gənclərinin Yay Olimpiya Festivalı da Azərbaycan üzgüçüləri üçün sınaq olacaq.

- İyulda Koreya Respublikasının Kvancu şəhərində keçiriləcək su idman növləri üzrə dünya çempionatında ölkəmizi təmsil edəcək heyət müəyyənləşibmi? Dünya çempionatına qədər idmançılarımızın ölkə xaricində təlim-məşq toplanışı və beynəlxalq turnirlərdə iştirakı nəzərdə tutulubmu?

- Bildiyiniz kimi, Koreya Respublikasının Kvancu şəhərində keçiriləcək su idman növləri üzrə dünya çempionatına üzgüçülərimizdən hələlik yalnız Maksim Şemberyev A kateqoriyalı lisenziya qazanıb. Digər idmanşılarımızdan da bu mötəbər yarışa vəsiqə qazanmalarını gözləyirik. Bunun üçün milli komanda mütəmadi olaraq təlim-məşq toplanışları keçir, hazırlıq prosesləri davam edir. Buna görə də dünya çempionatında ölkəmizi təmsil edəcək heyət müəyyənləşməyib. Bu çempionata qədər üzgüçülərimiz bir neçə lisenziya verə biləcək beynəxalq yarışlarda iştirak edəcəklər. Bu turnirlərdə üzgüçülərimiz A kateqoriyalı lisenziya qazana bilsələr, bundan sonra dünya çempionatında iştirak edəcək heyət tam müəyyənləşəcək.

- “Tokio 2020” Yay Olimpiya Oyunlarına hazırlıq necə gedir?

- Hələlik bütün fikirlərimiz Koreya Respublikasının Kvancu şəhərində keçiriləcək su idman növləri üzrə dünya çempionatına yönəlib. Hazırda bu mötəbər turnir haqqında düşünürük. Lakin bütün bu işlər təbii ki, “Tokio 2020” Yay Olimpiya Oyunlarına hazırlıq xarakteri daşıyır. Bildiyiniz kimi, Olimpiya Oyunları ən vacib bir yarışdır. Bu mötəbər turnirdə yüksək nəticə göstərmək qürurvericidir. Biz də bütün Azərbaycan idmançıları kimi, Olimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil etmək, bayrağımızı yüksəklərdə dalğalandırmaq arzusundayıq.

- Ölkəmizdə üzgüçülüyün inkişafı və uşaqların idmanın bu növünə cəlb olunması istiqamətində hansı işlər görülür?

- Dövlətimizin başçısı İlham Əliyevin idmanın inkişafına göstərdiyi diqqət və qayğının nəticəsidir ki, bu gün bütün növlərdə idmançılarımız yüksək nəticələrlə bizi sevindirirlər. İdmanın bütün sahələri durmadan inkişaf edir, yeni komplekslər və idman qurğuları tikilərək istifadəyə verilir. Azərbaycanda böyük idman yarışları və beynəlxalq turnirlər keçirilir. Təbii ki, yüksək nəticələr, Prezident İlham Əliyev tərəfindən idmançılarımıza göstərilən diqqət, onlara yaradılan yüksək şərait uşaqlarımızda, gənclərimizdə idmana marağı artırır. Üzgüçülük də belə idman növlərindəndir. Bu gün regionlarda inşa edilən Olimpiya İdman komleksləri, üzgüçülük hovuzları, yaradılan idman bölmələri yerlərdə uşaqların marağını xeyli artırıb. Yüzlərlə uşaqlar üzməyə maraq göstərərək bölmələrə yazılırlar. Təbii ki, bu da gələcəkdə onların arasından güclü idmançıların yetişəcəyinə ümid verir. Dövlətimizin başçısı İlham Əliyevin göstərişi ilə inşa edilən, beynəlxalq standartlara cavab verən Bakı Su İdmanı Sarayının istifadəyə verilməsi də Azərbaycanda su idman növlərinə olan marağı xeyli artırdı, Bakıda və yerlərdə su idmanı üzrə beynəlxalq yarışların və turnirlərin keçirilməsinə imkan yaratdı. Mən Üzgüçülük Federasiyasının prezidenti kimi bütün su idman növləri ilə məşğul olan idmançılar adından Azərbaycanda belə gözəl və hər şəraitlə təmin olunmuş idman qurğularını bəxş etdiyi üçün dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığımı bildirirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib