CƏMİYYƏT


Xaricdə təhsil alan gənclərimiz Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında fəal olmalıdırlar

Bakı, 11 iyun, AZƏRTAC

Biz bu konfransda gənclər olaraq bu günə kimi Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana verməməsinin hərbi cinayət olduğunu müzakirə etdik. Həmçinin beynəlxalq təşkilatları və dünya ictimaiyyətini bu məsələyə daha sərt bir mövqe bildirməyə və xaricdə təhsil alan və yaşayan azərbaycanlı gəncləri haqq səsimizi həmin ölkələrin ictimaiyyətinə və beynəlxalq aləmə çatdırılmasında fəal olmağa səslədik.

Bu sözləri iyunun 11-də Azərbaycan Respublikası Gənclər Fondunun və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Bizi minalardan xilas edin” (Free us from landmines) keçirilən beynəlxalq konfransda iştirak edən bloqqer Adnan Hüseyn AZƏRTAC-a müsahibəsində deyib.

A.Hüseyn qeyd edib ki, gənclərimiz təhsil aldıqları universitetlərdə tədbirlər keçirməli, Azərbaycan həqiqətlərini dünyaya çatdırmalı, yaşadıqları ölkənin parlamentlərinə və digər dövlət qurumlarına məktublar yazmalı, imzalar toplamalı, Azərbaycanın haqlı mövqeyini yaşadıqları ölkələrin cəmiyyətinə çatdırmalıdırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.