DÜNYA


Xaricdə yaşayan Türkiyə vətəndaşlarının səsverməsi bu gün başa çatacaq

İstanbul, 19 iyun, AZƏRTAC 

Türkiyədə keçiriləcək növbədənkənar prezident və parlament seçkiləri ilə bağlı xarici ölkələrdə səsvermə bu gün başa çatacaq.

AZƏRTAC xəbər verir ki, səsvermə Türkiyə Ali Seçki Komissiyası tərəfindən müəyyən edilmiş qrafik əsasında keçirilir. Artıq 51 ölkədə səsvermə prosesi başa çatıb. Qalan 9 ölkədə isə səsvermə bu gün yekunlaşacaq.

Qeyd edək ki, təxminən 3,5 milyon Türkiyə vətəndaşı 60 ölkədə fəaliyyət göstərən 123 diplomatik nümayəndəlikdə səs verib.

Gömrük-keçid məntəqələrində səsvermə isə iyunun 23-dək davam edəcək.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.