SİYASƏT


Xarkovda Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü qeyd olunmuşdur

Bakı, 28 oktyabr (AZƏRTAC). Ukraynanın Xarkov vilayətində Azərbaycan-Ukrayna Dostluğu Cəmiyyətinin təşkilatçılığı ilə respublikamızın dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü münasibətilə təntənəli mərasim keçirilmişdir.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Xarkovda yaşayan azərbaycanlılar, yerli ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Azərbaycan-Ukrayna Dostluğu Cəmiyyətinin üzvləri çıxış edərək Azərbaycanın 20 il ərzində əldə etdiyi nailiyyətlərdən danışmışlar.

Tədbir bədii hissə ilə başa çatmışdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.