İDMAN


Xavi Ernadez: Əsas hədəfim “Barselona”nın baş məşqçisi olmaqdır

Bakı, 29 iyul, AZƏRTAC

Koronavirusa yoluxan Qətərin “Əl Saad” komandasının baş məşqçisi Xavi Ernadez özünü yaxşı hiss etdiyini və ev şəraitində müalicəsinə davam etdiyini açıqlayıb. O tezliklə gündəlik işinə qayıtmağı arzuladığını bildirib.

AZƏRTAC xəbər verir ki, “Barselona”nın sabiq kapitanı haqqında gəzən xəbərlərə də münasibət bildirib: “Əsas hədəfimin “Barselona”nın baş məşqçisi olduğunu gizlətmirəm. “Barselona” mənim evimdir və arzularımın komandasıdır. Amma hər şeyin öz vaxtı var. Hazırda komandaya Kike Setyen rəhbərlik edir. Onun gördüyü işə qiymət vermək və hörmət etmək lazımdır. Klub bəzən çox yaxşı çıxış edir. Amma bəzən isə onlarda alınmır. Kike Setyenin oyun fəlsəfəsi mənim xoşuma gəlir. Düşünürəm ki, onun rəhbərliyi ilə komanda daha yaxşı oynaya bilər”.

Xavi Ernadez Lionel Messi haqqında da danışıb. O argentinalı ulduzun 2 il sonra Qətərdə keçiriləcək mundialda çıxış edəcəyindən söhbət açıb. Messi fiziki və texniki cəhətdən çox güclü futbolçudur. Düşünürəm ki, o istədiyi qədər futbol oynaya bilər. Onun 2 il sonra mundialda çıxış edəcəyinə şübhə etmirəm.

Xatırladaq ki, “Barselona”nın yetirməsi olan Xavi Ernadez klubun oyun baxımından rekordçusudur. O, Kataloniya klubunda 767 görüşdə meydana çıxıb və 85 qol vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.