MƏDƏNİYYƏT


Xətai Sənət Mərkəzində balaca rəssamlar mükafatlandırılacaqlar

Bakı, 5 iyun, AZƏRTAC

İyunun 6-da Xətai Sənət Mərkəzində “Azərbaycanım” adlı respublika uşaq rəsm festivalının bağlanış mərasimi keçiriləcək.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, Mədəniyyət və Təhsil nazirlikləri, Azərbaycan Dövlət Rəsm Qalereyası, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşan festivala eyni adlı sərgi ilə yekun vurulacaq.

Festival çərçivəsində keçirilmiş müsabiqənin iştirakçıları arasından daha çox əsərlərində milliliyi təsvir etmiş 35 uşaq açıq havada öz əsərlərini yaradacaqlar.

Sərgi zamanı qaliblərə beş nominasiya üzrə mükafatlar təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.